• USD 1,7000 0,00% EUR 1,9982 -0,22%
    • GBP 2,2104 -0,30% RUB 0,0215 -2,33%

Ordumuz "yenilməz Ohanyan xətti"ni belə DARMADAĞIN ETDİ - Ermənistanın tarixi məğlubiyyəti

Ordumuz "yenilməz Ohanyan xətti"ni belə DARMADAĞIN ETDİ - Ermənistanın tarixi məğlubiyyəti

Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatda Ermənistana vurulan ağır zərbələr illərdir yaradılmış "yenilməz erməni ordusu" imicini darmadağın etdi.

Publika.az xəbər verir ki, əməliyyatların ilk günlərində Azərbaycan ordusunun qarşısını aldıqlarını iddia edən erməni rəsmilər indi böyük itkilərlə geri çəkildiklərini etiraf edirlər.

Erməni ordusu darmadağın edildi

Erməni tərəfi əsgər itkilərini, təxminən, 700 qədər göstərsə də, bu say əslində dəfələrlə çoxdur.

Ermənistan hakimiyyət orqanlarının münaqişə bölgələrində qalan cəsədlərin itki siyahısına daxil edilməməsi barədə açıqlamaları bu sayın çox olduğunu bir daha təsdiq edir.

Azərbaycan ordusunun 30 ilə yaxın möhkəmlənmiş müdafiə xəttini keçməsi qısa müddətdə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın adı ilə əlaqələndirilən və "keçilməz" kimi xarakterizə olunan "Ohanyan xətti"nin də bir əfsanə olduğunu ortaya qoydu.

Ermənistanın yalanları ifşa olunur

Ermənistanın illərdir qurduğu beton divarlar, minalanmış sahələr və 1 metr qalınlığındakı tel çəpərlərdən ibarət olan xətt, "daha az insan itkisi, daha çox nəticə" prinsipi ilə diqqətli davranan Azərbaycan Ordusunu və əsgərlərini dayandıra bilmədi. 60-a yaxın yaşayış məntəqəsinə və bir sıra strateji yüksəkliklərə bayrağımız sancıldı.

İrəvan rəhbərliyi bəzi bölgələrdən “taktika nəticəsində” geri çəkildiklərini iddia etsə də, Ermənistan ordusunun qaçarkən tərk etdiyi çox sayda silah və sursat rəhbərlərini tam şəkildə inkar edir.

Azərbaycan Ordusu Ermənistana məxsus 36 tank və 24 piyadaların zirehli texnikasını ələ keçirib. Bu tanklardan bəziləri Azərbaycan əsgərləri tərəfindən Ermənistana qarşı əməliyyatlarda istifadə olunur.

Erməni ordusu işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrdə yerləşdirdiyi tankların, zirehli texnikaların, raketlərin və artilleriya batareyalarının böyük hissəsini itirib.

Türkiyə PUA-larının uğurlarımızda rolu böyükdür

Azərbaycan Ordusunun son dövrlər əldə etdiyi uğurlarda Türkiyə və İsrailin silahlı pilotsuz uçan aparatları böyük rol oynayıb.

Əməliyyat zamanı Azərbaycan Müdafiə Nazirliyinin paylaşdığı görüntülərdə Ermənistana məxsus çox sayda tank, zirehli texnika və atəş nöqtələrinin tamamilə məhv edildiyi görülür.

Yalnız Türkiyə istehsalı olan PUA-lar tərəfindən məhv edilmiş erməni tanklarının, zirehli maşınlarının və raketlərinin maliyyə dəyəri 1 milyard dollardan çoxdur. Döyüş meydanı adi dərmir yığınına çevrilən erməni hərbi texnika və maşınları ilə doludur.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin verdiyi məlumata görə, Ermənistanda bu günə qədər məhv edilmiş və ələ keçirilmiş silahların dəyəri 2 milyard dollardan çoxdur.

Müdafiə Nazirliyinin məlumatına görə, 27 sentyabr -18 oktyabr tarixlərində Ermənistanın təxminən 300 tank və zirehli texnikası, 300-dən çox top və raket sistemi, təxminən 70 hava hücumundan müdafiə sistemi, 16 komandanlıq, idarəetmə və müşahidə zonası, 8 sursat anbarı, təxminən 200 hərbi yük maşını və nəqliyyat vasitəsi Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Mülki yaşayış məntəqələrini hədəf alan 2 ballistik raket kompleksinin və iki S-300 hava hücumundan müdafiə sisteminin məhv edilməsi də Azərbaycan ordusunun münaqişədə qazandığı uğurlardan biridir.

Ermənistan rəhbərliyi fərari əsgərlərə qadağa tətbiq edir

Qarşıdurmalar zamanı bəzi erməni əsgərləri ağ bayraq götürərək Azərbaycan Ordusuna təslim olublar. Ermənistan rəsmiləri əsgərlərinin əsir olduğunu etiraf etsələr də, onların sayı və harada olduğu barədə məlumatlarının olmadığını bildirirlər.

Azərbaycan Ordusunun irəliləməsi davam edərkən, Ermənistan ordusunda fərariliklərin artdığı müşahidə olunur. Qondarma Dağlıq Qarabağ rəhbərliyi, döyüşlərdən qaçanların qarşısını almaq üçün bölgədən çıxma qadağası tətbiq edib.

Ermənistanın müharibədə itkilərinin ölkə iqtisadiyyatını çətin vəziyyətə salacağı və qarşıdurmalar bitdikdən sonra siyasi böhranlara səbəb olacağı proqnozlaşdırılır.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR