Gəncədə baş verən hadisə terror olayıdır, barbarlıqdır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Gəncədə baş verən hadisə terror olayıdır, barbarlıqdır - Politoloq

“Gəncədə baş verən hadisə terror olayıdır”.

Bu sözləri Publika.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, döyüşlərin getdiyi bölgədən uzaq olan və Azərbaycanın ikinci ən böyük şəhərinin gecə saatlarında raketlə vurulması birmənalı olaraq vəhşilik və barbarlıqdır: “Biz dünyanın əksər ölkələrindən, o cümlədən beynəlxalq təşkilatlardan Gəncə hadisələrinin qınanmasını istəyirdik. Avropa İttifaqı beynəlxalq hüququn və humanizmin yanında olmalı olan beynəlxalq təşkilat kimi bu hadisəni pisləməli idi. Bu, əslində adi bir şeydir və tətəəccüblü heç nə yoxdur. Ermənistan artıq bilməlidir ki, terrorçu dövlət kimi dünyada get-gedə daha çox ifşa olunmaqdadır”.

Politoloqun sözlərinə görə, son vaxtlar Ermənistan haqq və ədalətin yanında olan, beynəlxalq hüququ dəstəkləyən ölkələr və beynəlxalq təşkilatlara qarşı aqressivlik nümayiş etdirir: “Bundan əvəl İsraildəki Ermənistan səfirliyi geri çağırıldı. Ötən gün ermənilər Netanyahudan Azərbaycana silah satmamasını istəmişdilər. Ermənistan, eyni zamanda, Əfqanıstan, Pakistan və Türkiyə ilə bağlı da aqressivlik nümayiş etdirir. Ermənistan hakimiyyəti bu çirkin hərəkətlərə yol verməmək üçün yaxşı olar ki, aqressiyadan uzaq olsunlar və bu kimi terror hadisələrini davam etdirməsinlər. Bu gün də Füzuli istiqamətindən ermənilər raket zərbəsi endirib. Bu, bir daha göstərir ki, erməni hakimiyyəti ən çirkin işlərlə məşğuldur”.

Z.Məmmədovun fikrincə, hərbi əməliyyatların keçirildiyi bölgədən uzaq olan bir ərazilərə raket zərbələri endirən və hədəfi mülki vətəndaşlar olan, onarda qorxu yaratmağa çalışan ölkə kimi Ermənistan 21-ci əsrdə yeganə dövlət olaraq yadda qalacaq: “Görürük ki, Ermənistan hökuməti ayıq başla öz hərəkətlərini, davranışlarını düşünmək əvəzinə haqq və ədalətin yanında olan ölkələrə və beynəlxalq subyektlərə qarşı ən pis aqressiya nümayiş etdirməkdədir. Ermənistan bilsin ki, hər nə olursa olsun, Azərbaycan istənilən təxribatın qarşısını alacaq. Nikol Paşinyan, David Tonayan, eyni zamanda keçmişdə əli qana bulaşmış Sarkisyan və Koçaryanlar mütləq şəkildə hüquqi məsuliyyətə cəlb ediləcəklər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm