• USD 1,7000 0,00% EUR 2,0271 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0225 0,00%

Azərbaycan tərəfinə atılan hər mərmi xalqımızı daha da birləşdirir - Deputat

Azərbaycan tərəfinə atılan hər mərmi xalqımızı daha da birləşdirir - Deputat

“Ermənistanın təcəvüzkar və terrorist hərbi-siyasi rəhbərliyi tərəfindən Azərbaycan ərazilərinə növbəti təxribat cəhdi törədilmiş və sentyabrın 27-dən bu günə qədər rəşadətli Ordumuzun əks-hücum əməliyyatları nəticəsində işğal altnda olan bir çox yaşayış mərkəzləri, strateji yüksəklikləri düşmən tapdağından azad edilib. Düşmənə həm canlı qüvvə, həm də silah-sursat baxımından böyük zərbə vurulub”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu artıq onlarla yaşayış məntəqəsini düşməndən azad edib və zəfər yürüşümüz davam edir: “Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində, eyni zamanda müsahibələrində qeyd edir ki, düşmən razılığıa gələrsə və işğal altında olan torpaqlarımızdan qoşunlarını çıxararsa, biz bu əməliyyatları dayandıra bilərik. Ancaq humanitar atəşkəs elan olunub, buna baxmayaraq düşmən Azərbaycan Ordusunun qarşısında tab gətirmədikcə mülki əhalimizi hədəf alır. Amma bütün bunlar xalqımızı qətiyyən qorxutmur, onlarda heç bir təşviş yaratmır, əskinə, düşmən tərəfə tamamilə əks-effekt verir. Əslində, hər bir Azərbaycan tərəfinə atılan mərmi Azərbaycan xalqını daha da birləşdirir. Vətəndaşlarımız Ali Baş Komandanın ətrafında daha sıx birləşib, Azərbaycan Ordusunun rəşadəti daha da artır. Hətta dünyanın qabaqcıl ölkələrinin hərbi ekspertləri Azərbaycan Ordusunun bu əməliyyatlarını 21-ci əsrin yeni müharibə qaydaları kimi qeyd edir və çox yüksək qiymətləndirirlər”.

C.Osmanovun sözlərinə görə, bu hərbi əməliyyatlara smart, intellektual müharibə də deyirlər: “Çünki Azərbaycan Ordusu heç bir mülki əhaliyə ziyan vurmadan, yalnız dəqiq atəşlərlə düşmənin həm canlı bölmələrini məhv edir, həm də hərbi texnikalarını sıradan çıxarır. Görürük ki, artıq düşmən tab gətirmədikcə təkcə mülki əhalimizi hədəf almır, eyni zamanda qaçmaqda, geri çəkilməkdə davam edirlər. Düşmən tərəfin əsgərlərinin qaçmaması üçün onları zəncirlə bağladığının da şahidi olduq. Eyni zamanda arxa bölmələrdə ön xətdən arxaya qaçan erməni əsgərlərini özləri yerindəcə güllələyirlər. Bu, ondan irəli gəlir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Düşünürəm ki, yaxın zamanda zəfər yürşümüz tam qələbə ilə başa çatacaq və məhz Azərbaycan Ordsunun reytinq cədvəlində sıralaması bir qədər də yuxarıya qalxacaq. Ordumuz nümunəvi müharibə aparır. Ölkəmiz təkcə səngərdə deyil, eyni zamanda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həm də diplomatiyada uğurlu startegiya tutub, informasiya müharibəsində də düşmənə qalib gəlirik. Dövlət başçısının da qeyd etdiyi kimi zəfər yürüşümüz davam edir və sona qədər də işğal altında torpaqlarımızı erməni terrorçularından təmizləyəcəyik”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR