Sosial şəbəkələrdəki bu paylaşımlara görə hüquqi addımlar atılmalıdır - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Sosial şəbəkələrdəki bu paylaşımlara görə hüquqi addımlar atılmalıdır - POLİTOLOQ

"İnsanlar son günlərdə hərbi əməliyyatlarla bağlı şəxsi fikirlərini sosial şəbəkələrdə sevinc hissindən paylaşdığını bildirir. Əslində atılan bu addımların hamısı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatalara mane olmaqdan və düşmənin informasiya məkanına xidmət etməkdən başqa bir şey deyil".

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloq qeyd edib ki, əhalinin hərbi əməliyyatlarla bağlı qeyri-rəsmi paylaşımları məsuliyyətsiz davranışlardır:

“Artıq bu məsuliyyətsiz davranışlara qarşı hüquqi zəmində də müvafiq addımlar atılmasına ehtiyac var. Görünür ki, təkcə xəbərdarlıq bir sıra insanlara təsir göstərimir. Videoların, eyni zamanda səs mesajlarının da kimlər tərəfindən yayıldığını aşkarlamaq və bu istiqamətdə hüquqi addımlar atmaq lazımdır. Azərbaycan mətbuatı günlərdir ki, bununla bağlı təbliğat aparır. Sosial şəbəkələrdə də xəbərdarlıq edilir ki, belə səs və videoların yayılması yolverilməzdir. Azərbaycanın dövlət qurumları, Müdaifə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti dəfələrlər xəbərdarlıq edib. Eyni zamanda ölkə rəsmiləri tərəfindən də belə xəbərdarlıqlar mütəmadi şəkildə edilməkdədir. Amma heç bir təsir yoxdur, bu proses yenə də davam edir. Odur ki, bu şəxslərə qarşı inzibati qaydada hüquqi addımların atılmasına ehtiyac var, həmçinin cəzalandırma prosesinin özünün də ictimailəşdirməsinə ehtiyac var. Cəzanın həm də maarifləndirmə və ictimaiyyətə təsir etmə tərəfi var. Digərləri də başa düşməlidir ki, onların bu məsuliyyətsizliyi hüquqi müstəvidə cəzalandırılacaq və sərt tədbirlər görüləcək.

Xəbərdarlıqlar ancaq qanunların nədən ibarət olduğunu dəkr edən, eyni zamanda Azərbaycanın həyata keçirdiyi əməliyyatlara mane olan mesajlar yayamağın laızm olmadığını anlayan şüurlu insanlara təsir edir. Dərk etməyənlər üçünsə hüquq mexanizmlərini həyata keçirmək lazımdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm