• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Bütün işğalçılar bu dərsi alacaqlar - Deputat

Bütün işğalçılar bu dərsi alacaqlar - Deputat

“Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, düşmənin layiqli cavabını verməsi çox böyük bir rəşadət və uğurlu bir haldır”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, 30 il ərzində ermənilərin bütün havadarlarının köməyi ilə yaratdıqları istehkamların bir neçə saat və gün ərzində Azərbaycan Ordusu tərəfindən yarılması, dağıdılması və düşmənin məhv edilməsi çox böyük bir cəsarətlə yanaşı, həm də hərbi professionallıq tələb edir: “Bunların hər biri onu göstərir ki, doğrudan da Azərbaycan Ordusu cəsarətinə, professionallığına, vətənpərvərliyinə, vətən uğrunda canından keçmək şücaətinə görə çox unikal bir prosesi ortaya qoydu. Ölkə başçısının da qeyd etdiyi kimi, bu, hərb tarixinə düşəcək bir hadisədir. Azərbaycan Ordusunun bu fəaliyyəti eyni zamanda tarixə bir daha yazdı ki, başqasının torpağında gözü olan, özgə ərazilərinə göz dikən, onu istila edən bütün işğalçılar bu dərsi alacaqlar.

Bu, həm də onu sübut etdi ki, işğalçılığın sonu yoxdur və bu cür də bitir. İşğalçı nə qədər hazırlaşsa da, illərlə hazırlıq işlərini davam etdirsə də o əraziləri torpaq sahibi böyük rəşadətlə azad edir. Biz həm böyük bir şanlı hadisəni ölkənin hərb tarixinə yazdıq, həm də dünyada bu cür xain cəhdlərə əl atanların, qəsbkarların, terrorçuların dərsini vermək baxımından böyük bir nümunə ortaya qoyduq. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin çox böyük diplomatik rəhbərliyinin, eyni zamanda Azərbaycan dövlətinin və xalqının milli maraqlarını ifadə etməsinin təzahürüdür. Digər tərəfdən, hərb meydanındakı qələbələrimiz beynəlxalq qanunlara hörmətin əlaməti, hüquqi-normativ aktlara, dünyada gedən proseslərə və haqqa, ədalətə olan böyük bir töhfədir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR