• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

Ordumuz tarixi ədaləti və BMT-nin 4 qətnaməsini yerinə yetirməklə məşğuldur - Professor

Ordumuz tarixi ədaləti və BMT-nin 4 qətnaməsini yerinə yetirməklə məşğuldur - Professor

Zəngilanımız da azad oldu. Gözümüz aydın! Ali Baş Komandanın coşqun ritorikası ilə bu xəbəri eşitmək və dinləmək daha təəssüratlı idi! O gün olsun, son qələbə xəbərini dinləmək nəsibimiz olsun!

Publika.az xəbər verir ki, bu sözləri tanınmış professor Adil Qeybulla deyib.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusu BMT-nin illərdir həyata keçirmədiyi 4 qətnaməsini yerinə yetirməyə davam edir: "Doğma Vətənimizin yağılardan təmizlənməsi uğrunda gedən haqq savaşında əslində şanlı Ordumuz tarixi ədaləti bərpa etməklə yanaşı, həm də BMT-nin 4 qətnaməsini yerinə yetirməklə məşğuldur. Təxminən 25 ildən çoxdur ki, kağız üzərində qalan həmin qətnamələr adı çəkilən beynəlxalq təşkilatının nüfuzunu sözün həqiqi mənasında yerə vurmuşdu. Erməni vandalları öz havadarları ilə BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların çağırışlarını qulaq ardına vururdu, saymırdı, dinc əhalimizi qırmaq, təbii sərvətlərimizi yağmalamaq, milli nişanələrimizi məhv etmək, toponimlərimizin adını dəyişdirmək, minilliklərdən qalan tarixi mədəniyyət abidələrimizi dağıtmaq kimi antibəşər vəhşiliklərlə ad çıxarırdılar. Dünya birliyi buna susurdu. Belə qənaət yaranırdı ki, haqq və ədalət də gücün yanındadır. Lakin zaman və şərtlər dəyişdi. Bu gün can Azərbaycanımızın mətin və yenilməz Ordusu BMT-nin və gücün dalınca sürünən digər beynəlxalq təşkilatların öləzimiş nüfuzunu onların özünə qaytarır.

Bölünmüş Almaniyanın birləşməsinidən sonra bu yaxın tariximizdə baş verən ikinci möhtəşəm tarixi ədalətsizliyin aradan qaldırılması prosesidir. Təbii ki, möhtəşəm Ordumuzun gücü ilə, qardaş Türkiyəmizin ciddi, real nəticə verən siyasi dəstəyi ilə. Bu savaşda bizim yanımızda yer alan dost ölkə Pakistanı da sayğı ilə qeyd etməliyik. İngiltərə parlamentinin qərarı, şəxsən kansler Angela Merkelin şəxsi mövqeyi də göstərir ki, gedən proseslərin real mahiyyəti əslində hər kəsə gün kimi aydındır.

Eşq olsun çanlı Ordumuza!

Yaşasın Azərbaycan əsgəri!

Yalnız şəhid verən, döyüşən millət öz Vətənini qorumağa qadirdir!

Qarabağ Azərbaycandır!

Azərbaycan isə Ana vətənimizdir!

Yaşasın bütöv Azərbaycan!"

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR