• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Ordumuz gücü Ali Baş Komandanın qətiyyətindən alır - ŞƏRH

Ordumuz gücü Ali Baş Komandanın qətiyyətindən alır - ŞƏRH

“Başda şəxsim olmaqla, təmsil etdiyim, rəhbəri olduğum Qarabağ Seyid Ocaqları adına Ali Baş Komandanımızı, Azərbaycan Ordusunu, xalqımızı Zəngilan sevinci və digər işğaldan azad olunan torpaqlarımızın müjdəsi münasibətilə təbrik edirəm. Vətənimizin bütövlüyü uğrunda şəhadət kəfəninə bürünən, şəhidlik zirvəsinə yüksələn Ordumuzun aslanlarına Allahdan rəhmət, doğmalarına səbir diləyirəm”.

Bu sözləri Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O qeyd edib ki, artıq Qarabağsızlıq töhməti üzərimizdən götürülür buna görə bütün Qarabağ sevərlər Ordumuza, Ali Baş Komandanımıza təşəkkür edirlər: “Mən də bir daha canı könüldən, qəlbdən bir iman adamı olaraq, əməli bəlli və yüz illərlə xalqımızın and yerinə çevrilən Azərbaycan əhli-beyt mənsubları adına Ordumuza, Ali Baş Komandanımıza təşəkkür edirəm. Belə rəşadətli Orduya, bu cür Prezidentə canımız qurban. Bizə bu qələbəni, fərəhi, sevinci, qalibiyyəti yaşatdığı üçün dövlət başçısında sonsuz təşəkkür edirik. Mənim üçün çox vacib və müqəddəs bir dəyərə çevrilən məsələ ondan ibarətdir ki, şəhidlərimizin doğmalarını ziyarət edərkən onların valideynlərinin bir sözü var bizi çox qürurlandırır. Onlar deyirlər ki, əziz seyidim, siz bütün gücünüzlə duanızı ölkə başçımıza, Ali Baş Komandanımıza edin. Şəhid anaları, övladlarını torpağa tapşıran analar bu qalibiyyətdən özləri üçün nəinki təsəlli tapırlar, övladlarının, o müqəddəs şəhidlərin, şəhid olan balalarımızın qisasının qiyamətə qalmadığına görə Ali Baş Komanadana daha çox dua etməyimi bir ilahi nəfəs sahibi kimi məndən xahiş edirlər”.

S.C.Əzimbəylinin sözlərinə görə, Prezidentimizin qətiyyətindən Ordumuz güc alır və bu, əlavə bir müjdədir: “Ordu ilə hər gün təmasda olan bir şəxs kimi düşünürəm ki, Ali Baş Komandanın qətiyyəti, cəsarəti, yenilməzləyi Ordumuzun aslanlarına ayrıca güc qatır. Çünki ön xəttə olan əsgərlərimiz, Ordumuz gücü Allahın ilahi yardımı ilə Ali Baş Komandanın qətiyyətindən alır. Şəhid doğmaları, övladlarını torpağa qoyan şəhid anaları, şəhidlik məqamının ucalığını, şəhidlik dəyərini bilən analar onların övladlarına duan edərkən bildirirlər ki, siz duanı daha çox Ali Baş Komandanımza edin ki, qisasımız qiyamətə qalmır və qalmasın da. Bu, başqa cür bir iftixardır, başqa bir müjdədir. Belə analara, atalara, Ali Baş Komandana, Ordumuza şəxsim adına can qurban olsun. Biz bütün Qarabağ sevərlər Ali Baş Komandanı Qarabağın xilaskarı adı ilə çağırırıq. Bu gün şəhid anaları bizdən daha çox Qarabağın xilaskarına dua et deyirlərsə, məncə, artıq onların da duası ərşə ucalıb, bütün dualar Ordumuzun üzərindədir. Belə bir qüdrətli Orduya, Ali Baş Komandana canım fəda olsun. Hesab edirəm ki, İlham Əliyev Allahın bizə - Azərbaycan xalqına nəsib etdiyi qüdrətli bir nemətdir. Uca yaradan Prezidentimizi qorusun”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR