Nida Təhlil
Ermənistanın siyasi hakimiyyəti əhalisinə etiraf etməlidir ki... - Rusiyalı ekspert
Ermənistan bu illər ərzində əsassız şəkildə status-kvonun dəyişməzliyinə əmin olan və öz ölkəsinin gələcəyini düşünmək zərurəti hiss etməyən nəsillər yetişdirib.
Bunu rusiyalı ekspert Qalina Niyazova deyib.
O bildirib ki, bu müddət ərzində isə Azərbaycan Silahlı Qüvvələrdə, ölkə iqtisadiyyatında, dövlətin xarici siyasi statusunda islahatlar keçirmək üçün böyük səy göstərib: “Ermənistan itirilmiş illərini qaytara bilməyəcək. Bu ölkə öz əlində olanları inkişafa və öz gücünü artırmağa yox, özünün dəyəri və qorxusuzluğuna inandırmağa sərf edib”.
Ekspertin sözlərinə görə, son həftələrin təcrübəsi göstərdi ki, Azərbaycanın motivasiyalı və yaxşı təlim keçmiş ordusu daha güclüdür. Ermənistanın siyasi hakimiyyəti bundan sonra bir neçə çətin addım atmalıdır: “Birincisi, öz əhalisinə etiraf etməlidir ki, Azərbaycan qoşunları həqiqətən də öz ərazilərini azad edir. İkincisi, hələ də nəyə görə döyüşdüklərini anlamayan hərbçi analarına elan etmək lazım olacaq ki, itkilər rəsmi statistikadan daha çoxdur. Bunu əslində ilk gündən etmək lazım idi. İşğal olunmuş ərazilərdə yaşayan dinc sakinlərə başa salmaq lazım idi ki, onların yaşadığı evləri özgələrinindir. Bu evlərin 27 il əvvəl məcburi köçkün olmuş sahibi gələn kimi oranı boşaltmaq lazımdır. Öz xalqını məlumatsızlıqda saxlamaq, dünya ictimaiyyətini aldatmaq beynəlxalq hüquq və şəxsiyyət hüquqlarına hörmətsizlikdir”. (trend)
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO