Qarabağ savaşından sonra NƏLƏR DƏYİŞƏCƏK? - Dünya Azərbaycanı HEYRƏTLƏ İZLƏYİR
Bizi izləyin

Nida Təhlil

Qarabağ savaşından sonra NƏLƏR DƏYİŞƏCƏK? - Dünya Azərbaycanı HEYRƏTLƏ İZLƏYİR

"Silahlı Qüvvələrimizin hərbi əməliyyatları, qazanılan qələbələr hərbi nəzəri və praktiki baxımdan ümumilikdə məqbul hesab edilir. Bu hərbi əməliyyatlardan sonra dünyanın hərb tarixində müharibələr və ordu quruculuğu prosesi iki hissəyə ayrılacaq".

Publika.az xəbər verir ki, bu sözləri hərbi ekspert Cəsur Sümərinli deyib. O bildirib ki, ordu quruculuğu prosesi 2020-ci ilin 27 sentyabrınadək olan dövr, 2020-ci ilin 27 sentyabrından sonrakı dövr olaraq iki hissəyə bölünəcək:

" - Bu müharibə dünyanın hərbi sənayelərində ciddi dəyişiklik, yaradacaq, İsrail, Türkiyə yeni nəsil hərbi texnika istehsalı üzrə lider mövqelərini daha da gücləndirəcəklər;
- Bu müharibə regional doktrinal sənədlərə yeni baxışlar yaradacaq,
- Bu müharibə, region dövlətlərinin silahlı qüvvələrində hərbi islahatların yeni modelinin formalaşmasına səbəb olacaq,
- Bu müharibə NATO-nun silahlanma konsepsiyası, perspektivləri ilə bağlı yeni fikirlər, ideyalar yaradacaq;
- Bu müharibə, Azərbaycan Silahlı Qüvvələrində islahatların yeni və ciddi mərhələsini gətirəcək,
- Bu müharibə dünyadakı silahlanma prosesini və tempini tam dəyişdirəcək.

Bu müharibədən sonra dünyada Azərbaycanı tanımayan qalmayacaq, "Dron" deyəndə Azərbaycan, "Azərbaycan" deyəndə Dron yada düşəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm