Şəhərlərimizə raket atəşi: Ermənistanın müharibə cinayəti davam edir
Bizi izləyin

Nida Təhlil

Şəhərlərimizə raket atəşi: Ermənistanın müharibə cinayəti davam edir

Bu gün səhər saatlarında Ermənistan Qəbələ, Kürdəmir və Siyəzən istiqamətinə əməliyyat-taktiki raket komplekslərindən ballistik raketlərlər atdı. Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2, Kürdəmir istiqamətində 1 raket buraxılıb. Xoşbəxtlikdən təlafat olmayıb.

Bu, Ermənistanın dinc əhaliyə qarşı növbəti terror hücumudur.

Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı ölkənin hərbi qüvvələrini darmadağın edib. Döyüşlərin davam etdiyi 26 gün ərzində Cəbrayıl, Füzuli və Zəngilan da daxil olmaqla 120-dən çox yaşayış məntəqəsi işğaldan azad olunub, düşmənin minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edilib. Erməni hərbçiləri arasında kütləvi fərarilik var, valideynlər övladlarının döyüşə aparılmasına etiraz edir, erməni gənclər səfərbərlikdən yayınmaq üçün müxtəlif yollara əl atır.

Cəbhədə məğlub olan Ermənistan beynəlxalq dəstəkdən də məhrum olub. Erməni baş nazir Nikol Paşinyanın intensiv telefon zənglərinə dünya liderləri cavab vermir, ən yaxşı halda “atəşkəs bərpa olunmalıdır” kimi sıradan bəyanatlar verirlər. Paşinyanın dünən “30 nəfərlik qrup yaradın, aranızdan komandir seçin, döyüşə gəlin” çağırışı və ermənilərin bu çağırışa cavab verməməsi də düşmənin ümidsiz vəziyyətindən xəbər verir.

Ermənistanın Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alması “boğulanın saman çöpündən yapışmasıdır”. Məğlub olan düşmən bu addımla son kartını oynayır:

- Ermənistan daxilində məğlubiyyətə və evlərinə aparılan əsgər cəsədlərinə görə yaranan etirazı “qisas aldıq” cavabı ilə yatırmaq;

- Azərbaycan əhalisi arasında vahimə, qorxu yaratmaq;

İşğalçı ölkənin rəhbərliyinin mülki əhaliyə qarşı hücumları terrorizmdir.

Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Bərdə, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələri...

Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələri ballistik raket və ağır artilleriya ilə bu şəhərlərimizə atəş açır. Mülki əhaliyə qarşı terror hücumlarının nəticəsində 63 nəfər həlak olub, 292 nəfər yaralanıb. 1981 ev, 90 çoxmənzilli yaşayış binası və 386 mülki obyekt yararsız vəziyyətə düşüb.

Düşmən terror hücumlarına davam edir: bu gün Siyəzən, Qəbələ və Kürdəmir raket atəşinə tutulub. Nəticədə Qəbələ sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində 5 evə ciddi ziyan dəyib.

Düşmən Abşeron yarımadasını içməli su ilə təchiz edən strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alsa da, raket Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Raket su kəmərinin yaxınlığına düşüb.

Hücumların istiqamətləri və istifadə olunan ballistik raketlər Ermənistanın hədəfinin mülki əhali olduğunu təsdiqləyir. Bu hücumlar beynəlxalq hüquqda müharibə cinayəti olaraq təsbitini tapıb.

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Beynəlxalq hüququ pozan Ermənistanın müharibə cinayəti davam edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm