Bu ərazilər beynəlxalq nəzarətdən kənar qalmışdı - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu ərazilər beynəlxalq nəzarətdən kənar qalmışdı - ŞƏRH

"İranla Azərbaycan arasındakı işğal olunmuş həmsərhəd ərazilərin azad olunması hər iki dövlətə iqtisadi cəhətdən əməkdaşlığın artmasına imkan yaradacaq. Hər iki ölkə arasında iqtisadi inkişafın və əməkdaşlığın potensialı çox böyükdür".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, politoloq Nəsib Məhəməliyev deyib.

“Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması, onların bərpası və yenidən qurulması çoxlu sayda investisiyalar yatırılmasını şərtləndirir. Bu baxımdan o rayonların bərpasına milyardlarla vəsait xərclənəcəyi gözləniləndir. Burada İranın da iqtisadi imkanlarından istifadə etmək olar. Bu rayonların tam infrastrukturunun qurulması, sosial obyektlərin tikilməsi, bütövlükdə çox geniş iqtisadi fəaliyyət üçün meydanlar açılır. Əminəm ki, yaxın zamanlarda digər rayonlarımızı da işğaldan azad etdikdən sonra qonşu dövlət olaraq İranla hərtərəfli iqtisadi münasibətlərimizi tam bərpa edə biləcəyik”.

Politoloq qeyd edib ki, İranla Azərbacan arasındakı həmsərhəd ərazilər işğaldan sonra dövlət və beynəlxalq nəzarətdən kənarda qalmışdı:

“Həmin ərazilərdə narkotik plantasiyalarının qurulması, hətta belə məlumatlar var ki, qadağan olunmuş kimyəvi maddələrin basdırılması da ermənilər tərəfindən həyata keçirilib. Artıq bizim o ərazilərdə tam dövlət nəzarətini həyata keçirməyə imkanımız olacaq. Bundan sonra orada hər hansı narkotik plantasiyalarının olmasından söhbət gedə bilməz. O bölgənin ekologiyası da bərpa olunacaq.

O da sübut olunmuş faktdır ki, nəzarətdən kənarda qalan ərazilərdə PKK kimi terror təşkilatlarının düşərgələri mövcud idi. Ermənistan silahlı qüvvələrinin əsarətində olduğu müddətdə erməni terrorçuları o bölgələrdə hazırlanır və ayrı-ayrı dövlətlərə, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı istifadə olunurdu. Təbii ki, işğaldan azad olunduqdan sonra həmsərhəd bölgələrdə ən müasir infrastruk yaranmaqla sivil dövlət qanunları da işləməyə başlayacaq. O rayonların, şəhərlərin, qəsəbə və kəndlərin yenidən qurulması çox böyük iqtisadi imkanlar açır. Hər iki tərəf bundan bəhrələnə biləcək”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm