Ordumuzun uğurlarında Prezidentin bu addımlarının böyük əhəmiyyəti var - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Ordumuzun uğurlarında Prezidentin bu addımlarının böyük əhəmiyyəti var - Millət vəkili

"Azərbaycan Ordusunun qalib gəlməsində, hərbi əməliyyatların uğurla həyata keçirilməsində Ali Baş Komandan İlham Əliyevin xarici, xüsusilə Türkiyə kanallarına verdiyi müsahibələrin çox böyük əhəmiyyəti oldu. Bu müsahibələrdə cənab prezident dünyaya bir daha çatdırdı ki, Azərbaycan sülhsevər dövlətdir, müharibə istəmir, amma suveren hüquqlarını bərpa etmək üçün öz torpaqlarını işğaldan azad etməlidir".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, düşmən sadəcə hərbi cəbhədə olduğu kimi, diplomatiya müstəvisində də məğlubiyyətə uğrayıb: “Son çıxışlarında dövlət başçısı onu da qeyd etdi ki, heç bir referendumdan söhbət gedə bilməz, Azərbaycan Ordusu torpaqlarını son qarışına qədər işağldan azad edəcək. Əgər yaşamaq istəyirlərsə, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Eyni zamanda o, öz çıxışlarında Ermənistana hansı dövlətlərin yardımlar etdiyini, silah-sursat verdiyini, Dağlıq Qarabağa muzdlu döyüşçülərin gətirildiyini bütün dünyaya açıqladı.

Daxildəki vəziyyəti stabil saxlamaq üçün Prezident tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbə yaradıldı. Bütün bunlar Azərbaycanın həm daxili, həm də xarici diplomatiya uğurlarıdır.

Cəbhədə əks-hücum əməliyyatları başlamazdan 10 gün əvvəl Prezident İlham Əliyev telekanallar vasitəsilə dünya dövlətlərinə müraicət etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır, bunun qarşısını almaq lazımdır. Onda dünya buna reaksiya verməmişdi, lakin Azərbaycan Ordusu əks-hücuma keçdikdən və torpaqlarını işğalçı qüvvələrdən azad etməyə başladıqdan sonra atəşkəs elan edilməsinə dair çağırışlar gəlməyə başladı. İlham Əliyev iki dəfə humanist addım ataraq atəşkəs elan olunmasına razılıq verdi. Lakin humanitar atəşkəslə bağlı əldə olunmuş razılaşmalar dərhal Ermənistan tərəfindən pozuldu, Gəncə və digər şəhərlərdə sivil əhalini bombalamağa başladılar. Ermənistan bu məqamdan öz maraqları üçün istifadə etməyə çalışsa da, niyyəti baş tutmadı.

Hikmət Hacıyevin də rolunu xüsusi vurğulamaq lazımdır, tapıntı bir kadrdır. Gəncədə baş verən hadisədən sonra bütün səfir və diplomatları, hərbi attaşeləri dəvət etdi. Kifayət qədər təcrübəli diplomat missiyasını yerinə yetirir. Amma əsas diplomatiyanı aparan Prezident özüdür. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı çıxışları, dəqiq verdiyi məlumatları, bəyanatları tarixi əhəmiyyətə malikdir.

Paşinyanın xəstə olması ilə bağlı iddialar səsləndirilir, belə görünür ki, millət özü də xəstədir. İndi də başa düşmürlər ki, müharibədə uduzublar və bu müharibədən heç nə əldə edə bilməyəcəklər. Cənab Prezident növbəti dəfə söylədi ki, silahı yerə qoyun, qalan məsələlər sonra həll olunacaq. Amma məlum oldu ki, Ermənstan rəhbərliyi PKK kürdlərindən ibarət 1500-ə yaxın muzdlu döyüşçü gətirib. Erməni xisləti aydındır, terror dövlətidir və bu, dünya üçün çox ciddi təhlükə yaradır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan tamamilə azad olunacağı gün uzaqda deyil:

“Ümumiyyətlə, gələcəkdə Ermənistanın dövlət kimi qalması sual altındadır. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında xüsusi ilə Türkiyə və Rəcəb Təyyub Ərdoğanın, eləcə də Pakistanın rolunu qeyd etmək istəyirəm. Onların mənəvi və siyasi dəstəyi bizim üçün çox dəyərlidir. Pakistan hətta Qarabağ məsələsinin həlli üçün özünün ordusu ilə kömək etməyə hazır olduğunu bildirmişdi. Amma buna ehtiyac yoxdur, Azərbaycanın kifayət qədər silah-sursatı, ehtiyatda olan əsgər və zabitləri var.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm