Dünya Ermənistanın Gəncədə törətdiyi vəhşliyin şahidi oldu - Hüquq müdafiəçisi
Bizi izləyin

Nida Təhlil

Dünya Ermənistanın Gəncədə törətdiyi vəhşliyin şahidi oldu - Hüquq müdafiəçisi

Ermənistan Gəncəyə raket atmaqla panika yaratmağa, şəhər əhalisini qorxutmağa çalışırdı. Amma bunların heç birinə nail ola bilmədi. Gəncə camaatı çox qətiyyətli şəkildə ermənilərin qarşısına çıxdı, söylədilər heç yerə gedən deyildik. Bu da onu göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməyə olduqca israrlıdır. Bizi heç nə dayandıra bilməz. Bütün beynəlxalq təşkilatlar, Amerika, Rusiya, İsaril səfirlikləri, eyni zamanda hərbi attaşelər Ermənistanın Gəncədə törətdiyi vəhşliyin şahidi oldular. Digər tərəfdən də bütün dünyaya çatdırdılar ki, Azərbaycanın mülki əhalisi ermənilər tərəfindən hücuma məruz qalır. Allah tezliklə xalqımızı bu bəladan xilas etsin.

Bu sözləri Publika.az-a açıqlamasında hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

“Gəncə şəhərinə raket atılması nəticəsində vəfat edənlər arasında Rusiya vətəndaşı da olub. 13 yaşlı Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq, bu gün müalicə olunduğu xəstəxanada vəfat edib. Əlbəttə ki, vəfat edən şəxslərin hansı millətdən olmasının önəmi yoxdur. Fakt odur ki, Ermənistan mülki əhaliyə atəş açıb və bu, cinayətə göz yummaq olmaz. Ermənilər özlərini biabır etdi.

Bu gün Azərbaycan Ordusunda həm də rus övladları qəhrəmancasına döyüşürlər. Şəhidlərimizdən biri rus əsilli Azərbaycan vətəndaşı Denis Pronindir. O, Azərbaycanın müdafiəsinə qalxan yeganə rus vətəndaşı deyil. Bunu bütün Rusiya bilir, təəssüf ki, onların nüfuzlu media orqanlarının idarəçiləri ermənilərdir. İstənilən halda Azərbaycanda yaşayan ruslar, rus icması və kilsəsi Azərbaycanın yanındadır”.

Ekspert qeyd edib ki, artıq dünya mətbuatında Ermənistanın iç üzünü göstərən məlumatlar və faktlar yayımlanmağa başlayıb: “Avropa İttifaqı, Avropa Şurası, eləcə də Amerika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq təşkilatlar Gəncədə baş verən olayları pislədi. Buna baxmayaraq, biz yalnız özümüzə və Türkiyəyə güvənməliyik. İsrailin də dəstəyini yüksək qiymətləndirirəm. İsrailin aşkar şəkildə bizi dəstəkləməsi xüsusilə diqqətəlayiqdir. Bu da bir daha sübut edir ki, biz güclüyük, bizə heç nə yoldan saxlaya bilməz”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm