Nida Təhlil
Kimlərinsə Azərbaycana siyasi təzyiq göstərməsi... - Politoloq

2 gün ərzində okeanın o tayında Azərbaycan və Ermənistanın Xarici işlər Nazirlərinin, eyni zamanda həmsədr ölkələrin ATƏT-in şəxsi nümayəndləri və Amerikanın siyasi elitası arasında baş tutan ciddi görüşlərin şahidi olduq. Təəssüflər olsun ki, bu 2 gün ərzində Ermənistanın havadarları Azərbaycana qarşı kəskin siyasi təzyiqdən istifadə etdilər.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
O, bildirib ki, humanitar atəşkəslə bağlı bəyanat hər dəfə Ermənistan tərəfindən pozulsa da, Minsk qrupunun həmsədrləri heç bir reaksiya vermək niyyətində deyil: “Görünən odur ki, onların hədəfi və məqsədi Azərbaycanı tənqid etməkdir. Atəşkəslə bağlı iki məsələyə xüsusi önəm verməliyik. Birincisi, çox uzun danışıqlar prosesindən sonra humanitar məqsədlə atəşkəs rejiminin bəyanata salınmasına müyəssər oldular.
İkincisi, Ermənistandan Dağlıq Qarabağa əsgər və hərbi texnikanın daşınmasının monitorinqi ilə bağlıdır. Azərbaycan çox yaxşı bilir ki, həmsədr ölkələrinin bəzilərinin əsas hədəfi humanitar atəşkəsdən istifadə edərək Ermənistanın güclənməsinə şərait yaratmaqdır. Lakin Nikol Paşinyan bilir ki, sakitçilik olarsa və döyüşlər dayandırılarsa, erməni xalqı qarşısında ərazi və insan itkilərləri ilə bağlı cavab verməli olacaq. İşğalşı dövlət təəssüflər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyevin şərtini yerinə yetirmək və hərbi qüvvələri torpaqlardan çıxarmaq əvəzinə, sərsəm bəyanatlar verməklə, cəbhə istiqamətində atəşkəsi pozmaqla məşğuldu. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən işğal altında olan torpaqların bir hissəsinin azad edilməsi ilə barışmaq istəmir, revanş bir mövqe tutur. Ermənistan rəhbərliyi yenə də əvvəlki kimi sərsəm xəyallarla yaşamağa davam edir. Belə olan təqdirdə, kimlərinsə Azərbaycana siyasi təzyiq göstərməsi, kimlərinsə humanitar məqsədlə atəşkəs və ya ümumiyyətlə, atəşkəsdən danışması gülüş doğurur. Çünki 30 il ərzində biz bu kimi bəyanatları çox eşitmişik, indi də dəyişən heç nə yoxdur. Yenə eyni görüşlər, yenə eyni ssenari... Cənab İlham Əliyev bu gün xalqa müraciətində qəti olaraq Azərbaycanın mövqeyini çox sərt şəkildə bildirdi. Bu həm həmsədr ölkələrə, həm də Ermənistana bir ismarış idi. Yaxşı olardı ki, Nikol Paşinyan təlxəklik rolundan əl çəkərək Cənubi Qafqazda sülh və sabitliyə gətirəcək real addımlar atsın”.
Aytən Məftun

-
Nida Xəbər 13:20
Sülhməramlılar Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaq - Kuznetsov
-
Hadisə12:58
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi
-
İdman12:01
Qurban Qurbanov: - Biz meydandan DÖYÜŞSÜZ çıxa bilmərik - VİDEO
-
Nida Xəbər 11:35
Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüşü başladı - FOTO/YENİLƏNDİ
-
Hadisə11:26
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
-
Dünya11:03
Ölümdən danışan yerdə öldü - VİDEO
-
Nida Xəbər 10:32
Kamran Əliyev: "Vətən müharibəsi dövründə jurnalistlərimiz sübut etdilər ki..." - YENİLƏNDİ
-
Dünya10:23
Stoltenberq: "Ukraynada müharibənin nə vaxt bitəcəyini..."