• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Minsk qrupunun 27 il ərzində görə bilmədiyi işi Azərbaycan Ordusu 1 aya gördü - Millət vəkili

Minsk qrupunun 27 il ərzində görə bilmədiyi işi Azərbaycan Ordusu 1 aya gördü - Millət vəkili

Azərbaycan hərbi əməliyyatları dayandırmağa və danışıqlara getməyə hazırdır, lakin o şərtlə ki, bu danışıqların real bir nəticəsi olsun. Ermənistan Azərbaycan torpaqlarından tamamilə çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, torpaqlarımız işğalçı qüvvələrdən tamamilə azad olunmayana qədər Azərbaycanın hərbi əməliyyatların dayandırmasından və ya atəşkəs elan olunmasından söhbət gedə bilməz: “Təəssüf ki, Ermənistan hələ də Azərbaycanın şərtlərini qəbul etmir. Oktyabrın 11-də və 17-də, eləcə də dünən elan olunan humanitar atəşkəs düşmənlər tərəfindən dərhal pozulub. Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 26 nəfər dinc insan həlak oldu, 100-dən çox sakin yaralandı. Minlərlə insanın evi yerlə-yeksan oldu, nə qədər mal-mülkə zərər dəydi. Sadəcə Gəncəni deyil, Tərtər, Bərdə, Ağdam, Beyləqan, Ağcabədi və başqa şəhərlərimizi də ermənilər dağıntılara məruz qoyub, dəfələrlə raket hücumuı nəticəsində 40-dan çox dinc insanımız şəhid olub.

Cənab Prezidentin dediyi kimi, Azərbaycan ermənilərin atəşkəsin pozduğunu qeydə alaraq operativ qaydada ATƏT-ə, həmsədr dövlətlərə və digər beynəlxalq qurumlara dərhal məlumat verir. Çox təəssüf ki, bütün bu proseslər boyu – 30 il ərzində ermənilərin arxasında durub ona havadarlıq edən beynəlxalq qurumlar və həmsədr dövlətlər Ermənistan təxribatlarına heç bir reaksiya vermir, hər hansı bir tənbeh, bir cəza üsulu və ya bir tədbir görmürlər. Qanunu pozan cinayətkar bir tərəfdə qalır, haqsız yerə ittiahama məruz qalan Azərbaycan olur. Prezidentimiz bütün çıxışlarında çox təmkinlə və beynəlxalq hüquq normalarına əsaslanaraq düzgün izahlar səsləndirir, ədalətli və obyektiv cavablar verir. Həmsədr dövlətlərinin şər-böhtan kompaniyası ədalətsizlikdir, haqsızlıqdır, hüquqdan da kənardır. Onlar işğalçını, cinayətkarı, uşaqları və dinc insanları qətlə yetirənləri, soyqırımı törədənləri müdaifiə edir. Bu halda ortaya bir sual çıxır. Erməniləri müdafiə edənlərin özləri kimlərdir? Aydındır ki, erməni cinayətkarları müdafiə edənlərin özləri də onlarla eyni əqidədir.

Azərbaycan atəşkəsə və danışıqların başlamasına razı olduğunu açıqlayır. Amma bunun ardınca Ermənistanın Adolf Hitlərə oxşayan təlxək və faşist baş nazir deyir ki, bu məsələnin diplomatik yolla həlli yoxdur. Ermənistanın mövqeyi ortadadır, bu halda hansı atəşkəsdən söhbət gedə bilər? Faşist ideologiyası ilə fəaliyyət göstərən bu adamlarla hansı qanun və humanizm çərçivəsində qonşuluq və danışıqlardan söhbət gedə bilər. Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllinin bircə yolu var, onu da Şanlı Azərbaycan Ordusu məharətlə yerinə yetirir.

BMT indi hoqqabazlıqla məşğuldur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 27 il ərzində görə bilmədiyi işi Azərbaycan Silahlı Qüvvələri 1 ay ərzində yerinə yetirməyə başlayıb. Əxlaqı yerində olmayan insanları dinc və qayda-qanunla başa salmaq müşkül məsələdir. Ədaləti bərpa etməyin yeganə yolu onlara layiq olduqları cəzanı verməkdir”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR