• USD 1,7000 0,00% EUR 2,0535 +1,01%
    • GBP 2,2818 +0,46% RUB 0,0224 +0,45%

Dünyanın heç bir ordusu bunu bacarmazdı - Deputat

Dünyanın heç bir ordusu bunu bacarmazdı - Deputat

“Azərbaycan Ordusunun 30 gün ərzində döyüş meydanında göstərdiyi şücaət, igidlik, qəhrəmanlıq çox böyük tarixi hadisədir. Bunu təkcə Azərbaycan tərəfi demir, həm də aparılan əməliyyatları qiymətləndirən çox nüfuzlu beyəlxalq ekspertlər də dəyərləndirir”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, düşmənin 30 ilə yaxın bir müddət ərzində yaratdığı çox güclü mühəndis-istehkam qurğuları Ordumuz tərəfindən məhv edildi: “Onlar güclü səngərlər, özlərinin hesab etdikləri “keçilməz sədlər” yaratmışdılar. Azərbaycan Ordusu bütün bunların hamısını çox qısa müddətdə darmadağın etdi, müqaviməti qırdı və ərazilərimizi işğaldan azad etməyə başladı. Bu illər ərzində Ordumuz Ali Baş Komandan İlham Əliyev tərəfindən təkmilləşdirildi. Azərbaycan Ordusunun gücləndirilməsi, onun döyüş qabiliyyətinin bu qədər artırılması, hərbçilərimizin qələbə, vətənpərvərlik əzminin yüksək səviyyədə olması göz önündədir və bütün bunlar qələbələrimizi şərtləndirir”.

E.Məmmədov qeyd edib ki, dünyanın heç bir ordusu bir ay ərzində düşmənin bu cür möhkəmləndirilmiş müqavimətini qırıb bu qədər ərazini işğaldan azad edə bilməzdi: “Bunu Azərbaycan Ordusu etdi. Cənab Prezidentin də dediyi kimi, torpaqlarımızın işğaldan azad edilməsində bizim çox müasir, mükəmməl, güclü silah növlərimiz iştirak edir. Bu, təbiidir. Ancaq torpağı nə dronlar, təyyarələr, artilleriya, raket-zenit qurğuları, nə də başqa bir silah azad edir. Onlar da Azərbaycan əsgəri, zabiti tərəfindən idarə edilir. Torpaqlarımızı işğaldan azad edən əsgərlərimiz, bütövlükdə Azərbaycan Ordusudur. Bütün qazanılan qələbələrimə görə eşq olsun Ali Baş Komandana, Azərbaycan Ordusuna və əsgərlərimizə ki, onlar bütün dünyaya bu qəhrəmanlığı, şücaəti, cəsarəti və igidliyi nümayiş etdirirlər. Biz də bir xalq olaraq Prezidentimizlə, Ordumuzla fəxr edirik”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR