• USD 1,7000 0,00% EUR 2,0603 +0,33%
    • GBP 2,2757 -0,27% RUB 0,0226 +0,88%

Təlxək Paşinyanın qana susayan “cəngavər” Annası - Ermənistanın SON ÇARƏSİ

Təlxək Paşinyanın qana susayan “cəngavər” Annası - Ermənistanın SON ÇARƏSİ

“İşğalçı və terrorist ölkənin təlxək baş nazirinin özü kimi də təlxək həyat yoldaşı Anna Akopyan qadınlardan ibarət döyüş dəstəsi yaradır və təlimlərə başlayır. Bu isə Ermənistan ordusunda vəziyyətin nə dərəcədə acınacaqlı olması ilə yanaşı, digər mətləblərdən də xəbər verir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Ermənistanda ordu o qədər nəfəssiz və oksigensiz qalıb ki, Paşinyan arvadını bir neçə qadınla döyüş bölgəsinə göndərməyə məcbur olur: “Aydın mənzərədir ki, erməni ordusu döyüşmək üçün nəinki kadr potensialından, bütövlükdə kişi baxımından əziyyət çəkir. Belə ki, ölkədə qabağa duracaq və səngərdə sinəsini sipər edəcək kişi yoxdur. Axı həm də “Mənim olmayan torpaq üçün niyə də sinəmi sipər edim, həyatımı qurban verim?” sualını da rasional düşüncəli insan özü üçün soruşur. Müqayisəli şəkildə desək, bu gün Azərbaycan əsgəri bilir ki, o, konkret olaraq öz dədə-baba torpağı uğrunda döyüşür. Erməni əsgərində isə mücərrəd bir düşüncə var və niyə, nəyin uğrunda döyüşdüyündən xəbərsizdir. Çünki bilir ki, vuruşduğu döyüş Paşinyanın, onun ailəsinin, hakimiyyətinin, havadarlarının öz şəxsi maraqlarına və ambisiyalarına xidmət edən, onun həyatını mənasız yerə ondan alan bir döyüşdür. Bu döyüş ona məxsus olmayan tarixi Azərbaycan torpağıdır! Elə ona görə də bu gün Ermənistan ordusunda əmrə tabe olmama və fərarilik halları durmadan artır”.

Politoloq qeyd edib ki, heç müaqayisəyə belə gəlməz, ancaq qeyd olunmalıdır ki, bu gün Azərbaycan qadının ən mükəmməl nümunəsi, siması və sanki Azərbaycan qadını kitabının üz qabığı olan Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva hər bir Azərbaycan oğlunu, əsgərini öz balası sayır: “Birinci vitse-prezident xalqa hər müraciətində hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü deyir və dünyaya sülh çağırışları edib, sülh toxumları səpirsə, bu təlxək Akopyan isə belə yaramaz, şou xətrinə olan işlərlə məşğul olur. Tarix boyu qadınlar sülh elçisi olub, qan tökülməsinin qarşısının alınması məqsədilə dünyaya sülhsevər mesajlar, çağırışlar ediblər. Akopyan isə qadınları qan tökülməməsinin və müharibəyə sipər çəkməməyə səsləmək əvəzinə, öz cəmiyyətinə və bütövlükdə bəşəriyyətə daha da aqressiv ab-hava gətirir. Əgər illər sonra tarix kitablarında qadın məğrurluğundan danışılacaqsa, Akopyan tarixin tozlu səhifələri arasında itib-batacaq”.

Ş.Həsənova bildirib ki, döyüşlərdə ölmüş erməni əsgər analarında bu kimi hərəkətlərin nə qədər qıcıq, ikrah və nifrət doğurduğu da aydın məsələdir: “Bundan əvvəl də Akopyan təlimlərə qatılmışdı. Ancaq Tovuz döyüşlərində Azərbaycan qadınlarını sülhə səsləyən bu “qadın”, bu gün əlinə silah alıb “vətən müdafiəsi”nə qalxıb. “Qadınlar sülh uğrunda” təşkilatının müəllifi Akopyanı sülhdən uzaq düşməyə vadar edən səbəb isə heç şübhəsiz ki, hazırda Erməni ordusunun əziyyət çəkdiyi acınacaqlı durumdur. Bu dövlətin nəinki hərbi-siyasi rəhbərliyi, eyni zamanda qadın ləyaqəti də cinayətkarlıqdan əziyyət çəkir. Bu məxluq əslində, qadın sözünə böyük bir ləkədir. Bu kimi hərəkətlər Paşinyanın ailəsinin və ailə dəyərlərinə yanaşmasının mahiyyətini də bütün çılpaqlığı ilə ortaya qoyur. Həm də axı, bu ailənin psixoloji vəziyyəti də normal deyil. Bir müddət əvvəl sosial şəbəkədə “boş xəyallarımız və ümidlərimiz puç oldu”, deyə status yazan Paşinyanın qızının bu hərəkəti də ölkə ictimaiyyətində kifayət qədər narazılıq, eyni zamanda ümidsizlik toxumları səpmişdi ki, birinci ailəyə münasibətin son dərəcə arzuolunmaz olduğunu daha qabarıq şəkildə gözlər önünə sərmişdi. Bu açıqlama həm də onun atası Paşinyanın qorxu və xof içində olduğundan da xəbər verirdi”.

Politoloq vurğulayıb ki, “balıq başdan iy verər” prinsipi burada tam yerinə düşür: “Ölkənin birinci ailəsi cəmiyyətdə qızın simasında belə pessimist, həyat yoldaşının simasında isə belə ikrah doğuran bir imic formalaşdırıbsa, ölkədə hansı döyüş ruhu, motivasiyası olsun? Əlbəttə ki, heç bir! Adı siqaret qaçaqmalçılığında, digər qeyri-qanuni əməllərdə hallanan, qardaşı haqqında yayılan xəbərlərdən utanmayan Akopyan belə hallarla özünü göstərir. Siyasi elita milli maraqları kənara qoyaraq, artıq məhv olduqlarını da anlayaraq bu kimi şou xarakterli əməllərə əl atır. Sülhə, qan tökülməsinə zərbə vuran bu hərəkətlər isə hər kəsdə hiddət doğurur. Bu baxımdan da artıq erməni cəmiyyəti də ümidsizlik içindədir. Orduda da kütləvi şəkildə ölümlər var. Paşinyan isə medianı nə qədər məhdudlaşdırsa da erməni cəmiyyəti sosial şəbəkələr vasitəsilə real durumdan xəbərdardırlar. Odur ki, erməni cəmiyyəti nə qədər gec deyil, anlamalıdır ki, təlxək Paşinyanın və onun ailəsinin məntiqsiz addımları nəticəsində uçuruma getməmək üçün təslim olmalıdırlar”.

Şəbnəm Həsənova əlavə edib ki, Azərbaycan Prezidenti bu gün humanist çıxışlarında erməni xalqına, analarına səslənir ki, təslim olun, sizin olmayan torpaq uğrunda döyüşmək üçün övladlarınızı qurban etməyin, boş yerə qan tökülməsin: “Buna baxmayaraq, Paşinyanın hakimiyyətinin və ailəsinin nə qədər şovinist və şəxsi ambisiyaları gözlərindən qan pərdəsi asıb ki, bu kimi oyunlara əl atırlar. Son ümidlərini neo-faşist ideologiyasına, terroristlərə bağlayan ölkədən başqa bir şey gözləmək də düzgün olmazdı. Erməni hakimiyyəti, birinci ailəsi qana susayıb. Gülməli olsa da Anna bildirib ki, təlimlər bir neçə gün sonra bitəcək və qadınlardan ibarət dəstə sərhədləri qorumaq üçün yola çıxacaq. Bu “yazıq” qadın başa düşmür ki, onlar təlimi qurtarana kimi, Ali Baş Komandanımız başda olmaqla, bütün mərd əsgərlərimiz üçrəngli, şanlı Azərbaycan bayrağını Şuşaya sancacaq!”

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR