Rusiya-Türkiyə əməkdaşlığı bu problemi həll etmək qabiliyyətindədir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Rusiya-Türkiyə əməkdaşlığı bu problemi həll etmək qabiliyyətindədir - Politoloq

“Həm cəbhədə, həm də siyasi müstəvidə mübarizə davam edir. Daha doğrusu, Minsk Qrpunun həmsədr ölkələri onun fəaliyyətini dirçəltmək istəyilər və bribaşa iştirakda maraqlıdırlar. Ona görə, hər biri ayrı-ayrılıqda birincilik uğurunda mübarizə aparır”.

Publika.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev deyib.

R. Sevdimalıyev qeyd edib ki, Rusiyada danışqlar baş verən kimi, Amerika tərəfi də aktivliyi ələ almaq istədi və Xarici İşlər nazirlərini dəvət etdilər, görüş keçirildi: “Sonra da elan etdilər ki, çox gözəl nəticələr əldə ediblər. Düzdür, o gözəl nəticələr nədən ibarətdir, heç kəs başa düşə bilmir. Yəqin nəticə ondan ibarətdir ki, Amerikada noyabrın əvvəlində prezident seçkiləri olacaq və Donald Tramp bu məqamdan istifadə edərək öz erməni seçicilərinə müraciət edib, onların dəstəyini almaq istəyir.

Yeri gəlmişkən, dünən də seçicilər qabağında çıxışında Tramp gördü ki, seçicilər arasında bir neçə erməni var və dərhal ermənilərin ünvanına tərifli sözlər işlətdi və dedi ki, Qarabağ məsələsini həll edəcək. Düzü, bu, sözdən artıq bir fikir deyil. Yəni ki, özünü doğruldası fikir deyil”.

Türkiyənin Cənubi Qafqaz ölkələrinin üçü ilə də yeganə həmsərhəd ölkə olduğunu diqqətə çatdıran R.Sevdimalıyev bildirib ki, nə İran, nə Rusiya, nə digər hansısa ölkə hər 3 ölkə ilə həmrsərhəddir: “Türkiyənin Cənubu Qafqazda iştirakı bütün proseslərdə birmənalıdır. Çünki bütün qlobal layihələrin birbaşa iştirakçısıdır. O, bu layihələrin reallaşması üçün müəyyən mənada xab rolunu oynayır. Türkiyə böyük sabitləşdirici qüvvəyə malikdir. Digər tərədən, Türkiyənin Rusiya ilə özünəməxsus problemləri olsa da, onlar o müxtəlif problemlər sahəsində Rusiya ilə əməkdaşlıq etməyə qadirdilər və əməkdaşlıq da edib, o problemləri həll edirlər. Suriya, Liviya münaqişəsi və digər məsələrlələ bağlı görürük ki, hazırda Rusiya ilə Türkiyə əməkdaşlığı böyük problemi həll etmək qabiliyyətindədir”.

R. Sevdimalıyev nəzərə çatdırıb ki, Türkiyə həmsədr ölkə olmasa da, Mins Qrupu ölkələrindən biridir: “Yəni faktiki olaraq Türkiyənin Cənubi Qafqazda proseslərdə iştirakı danılmazdır və Türkiyə Rusiya ilə birlikdə Dağlıq Qarabağ probleminin çözülməsində, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində, regionda sülhün bərqərar olmasında güclü rol oynaya bilən ölkədir. Türkiyənin buna resurları, gücü və aktiv istəyi də var. Türkiyə beynəlxlaq hüququ dəstəkləyən ölkədir və bunu dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq normaları bərpa olunmalıdır. Bu baxımdan, mənə elə gəlir ki, son nəticədə Dağlıq Qarabağ probleminin çözülməsi, Azərbaycan ərazilərinin işağldan azad edilməsi istiqamətində Türkiyə və Rusiya birgə çıxış etməyə məhkum olacaq və onların birgə əməkdaşlığı sayəsində Azərbaycan əraziləri işğaldan azad olunaraq, bölgədə sabitlik bərqərar olunacaq”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm