• USD 1,7000 0,00% EUR 2,0077 +0,03%
    • GBP 2,3515 +0,18% RUB 0,0235 +0,85%

Səfir: Ermənilərin Bərdə terroru əsgərlərimizin intiqam hissini daha da alovlandıracaq

Səfir: Ermənilərin Bərdə terroru əsgərlərimizin intiqam hissini daha da alovlandıracaq

"Bu barədə danışmaq indi bəlkə də işlərin ən asanıdır. Həm cəbhədə, həm də dinc şəhər və kəndlərimizdə qurbanlar veririk. Bəzən adam qəhərini boğa bilmir. Amma bu savaş nə vaxtsa mütləq olmalı idi. Qurbansız isə savaş olmur. İndi bizə qənim kəsilmiş bir dövlətin ayaqda qalması üçün İkinci Dünya müharibəsində 300 000 insanımızı qurban vermişik. Bu gün isə öz Vətənimiz, milli varlığımız və ləyaqətimiz uğrunda müqəddəs savaş gedir. Nəyin bahasına olursa olsun, onu qələbə ilə başa çatdırmalıyıq!"

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev deyib.

Bərdəyə son hücumla bağlı fikirlərini bölüşən səfir bildirib ki, düşmənin axıtdığı nahaq qanlar əsgərlərimizin intiqam hissini daha da alovlandıracaq:

“Verilən qurbanlar hamımızındır - dünyanın ən şirin neməti olan həyatlarını itirənlər hər birimizin qardaşı, bacısı, övladlarıdır. Qoy alçaq düşmənin axıtdığı nahaq qanlar əsgərlərimizin intiqam hissini daha da alovlandırsın!

Hər acı xəbər, hər itki, özəlliklə də günahsız körpələrin ölümü insanın ürəyini parçalayır. Amma inanıram ki, bu alçaq və rəzil hərəkətlərin müqabilində qətiyyətimiz də qat-qat artır. Ermənistanın və ermənilərin zəlil günləri hələ qabaqdadır. Onların təkcə hərbi, siyasi, iqtisadi deyil, mənəvi-psixoloji cəhətdən də necə çökəcəklərini, bir-birlərini didib-parçalalayacaqlarını görməyi qəhrəman Ordumuz və qadir Allah bizə nəsib edəcək!

Erməni təbliğatının kifayət qədər uğurlu və geniş radiuslu olduğunu etiraf etmək lazımdır. Amma nəticə etibarı ilə bu təbliğat ermənilərin özlərinin zombiləşməsinə gətirib çıxarıb. Onlar dünyanı fantastik uydurmalarına inandırmaqla yanaşı, özləri də bu yalanlara inanıblar və onilliklər boyu uydurduqları miflərin eyforiyası ilə yaşayıblar. İndi qəhrəman ordumuzun zərbələri altında ayılırlar. Biz tək torpaqlarımızı azad etmirik, həm də hörümçək toru kimi dünyanı bürümüş erməni hiylə və yalan torunu dağıdırıq”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR