"Bizim iki yolumuz var idi..." - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Bizim iki yolumuz var idi..." - ŞƏRH

Torpaqlarımız 30 ilə yaxın idi ki, işğal altında idi. Düşmən ölkə müxtəlif bəhanələrlə ərazilərimizi geri qaytarmaqdan yayınırdı. Həmsədr dövlətlər də bu sahədə heç düşməndən geri qalmadılar".

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun yarıtmaz siyasəti erməniləri arxayın salıb: "Bu danışıqlarda ermənilər fikirləşirdilər ki, torpaqları işğal edib oturmuşam, bizə heç bir söz deyən yoxdur. Həmsədr ölkələr də deyirdilər ki, gərginlik zəifləsin, qarşılıqlı etimad yaransın və status-kvo belə qalsa yaxşıdır. Ancaq işğal altında qalan Azərbaycan torpaqları idi. Dövlət başçısının da qeyd etdiyi kimi, əvvəllər müəyyən razılaşmalar əldə edilmişdi. Lakin Paşinyan baş nazir seçiləndən sonra qəti olaraq dedi ki, Qarabağ Ermənistandır. Sonra isə həm özü, həm də Ermənistanın müdafiə naziri, dövlət rəsmiləri bəyan etdilər ki, bizim bir qarış da olsun Azərbaycana torpaq vermək fikrimiz yoxdur. Belə olan təqdirdə Azərbaycanın iki yolu var idi. Ölkəmiz ya işğalla barışıb torpaqları Ermənistana bağışlamalı, ya da öz hərbi gücündən istifadə edib torpaqlarını işğaldan azad etməli idi.

Birinci yolu heç vaxt seçməyəcəkdik. Müharibəyə isə ermənilər özləri təhrik etdilər. Onların müharibəyə qədər olan son 2 aydakı hərəkətləri, bəyanatları, Tonayanın yeni ərazilər iddiası müharibənin başlamasına gətirib çıxardı. Prezident İlham Əliyev BMT-nin iclaslarında bütün dünyaya bəyan etdi ki, bunları dayandırın, müharibəyə hazırlaşırlar. Ancaq heç bir beynəlxalq təşkilat bununla bağlı tədbir görmədi. Sentyabrın 27-si səhər saatlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribatını həyata keçirdi. Bu halda Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Ölkəmiz son bir ay ərzində torpaqlarını düşmən tapdağından azad edir, BMT-nin 30 ildə edə bilmədiyi 4 qətnaməni icra edir. Bizi heç bir dövlət, təşkilat qınaya bilməz. Çünki öz ərazimizdə müharibə aparırıq. Bizim işimiz haqq işidir. Çünki beynəlxalq hüququn bütün maddələrinə, BMT-nin nizamnaməsinə uyğun olaraq, konstitusiyamıza əsaslanaraq özümüzü müdafiə edirik, təhlükəsizliyimizi təmin edirik və ərazilərimizi işğalçılardan təmizləyirik".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm