İşğaldan azad olunmuş ərazilərlə bağlı Prezidentin atdığı bu addım xüsusi önəm daşıyır - Deputat
Bizi izləyin

Nida Təhlil

İşğaldan azad olunmuş ərazilərlə bağlı Prezidentin atdığı bu addım xüsusi önəm daşıyır - Deputat

“Prezident İlham Əliyevin fərmanı ilə işğaldan azad olunmuş ərazilərimizdə müvəqqəti xüsusi idarəetmənin təşkili olduqca əhəmiyyətlidir. İlkin olaraq azad olunmuş ərazilərdə respublikamızın inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılır. Bu, idarəçilik baxımından xüsusi önəmə malikdir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, müvəqqəti komendantlıqların nəzdində bir sıra dövlət qurumlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahlarının yaradılması isə hər sahənin ayrı-ayrılıqda inkişafı, ərazinin öyrənilməsi, eyni zamanda təhlükəsizliyin təmin olunması baxımından xüsusi önəm daşıyır: “Çünki işğaldan azad olunan ərzilərmiz xüsusi nəzarət altında saxlanmalı və müvəqqəti idarəetmə təşkil edilməlidir. Orada minalanmış, təhlükəli yerlər var. Bu ərazilər isə mütləq şəkildə öyrənilməli və müvafiq qurumlar tərəfindən işlər aparılmalıdır. Azərbaycanı müstqəillik əldə edəndən sonra uzun bir inkişaf yolu keçib. Son illər isə ölkəmiz daha çox inkişaf etdi. Ancaq işğal altında olan rayonlarımız bu inkişafdan kənarda qalıb. Dövlət başçısının Fərmanı ilə yaradılacaq bu müvəqqəti qurum sayəsində ərazilərdə ilkin dəyərləndirmələr aparılacaq, layihələrin hazırlanması, təhlükəsizliyin təmin olunması və inkişafla bağlı nə işlər görülməlidirsə, proqram şəklində bir sənəd hazırlanacaq. Beləliklə, işğaldan azad edilən ərazilərimiz də inkişaf edəcək”.

A.Badamov qeyd edib ki, bu, kompleks şəkildə işlərin görülməsi üçün imzalanmış bir fərmandır və qısa bir zamanda işğaldan azad olunmuş ərazilərimizdə həyat şəraitinin bərpa edilməsinə, iqtisadi inkişafın təminatına və əhəmiyyətli şəraitin formalaşdırılmasına xidmət edir: “Ərazilərin öyrənilməsi, xüsusilə də kənd təsərrüfatına yararlı torpaqların, təbii ehtiyatların öyrənilməsi iqtisadi baxımdan çox əhəmiyyətlidir. Faydalı qazantıların olduğu ərazilərdə onların istismar vəziyyətinin hansı istiqamətdə olması ilə bağlı yanaşma ortaya qoyulacaq. Tədqiqatlar aparılacaq və bunun əsasında proqram təqdim olunacaq ki, bu proqrama da uyğun olaraq yeni sənədlər imzalanacaq. Əsas məqsəd isə orada həyat şəraitinin yenidən qurulması və iqtisadi inkişafa qədəmlərin qoyulmasıdır. Çünki Dağlıq Qarabağ və ətraf ərazilər iqtisadi baxımdna çox səmərəli bir ərazilərdir. Orada iqtisadi potensial çox genişdir. Bu potensialdan səmərəli istifadə edilməsi baxmından tədbirlərin həyata keçirilməsi isə bölgənin inkişafına gətirib çıxaracaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm