Nida Təhlil
Paşinyan və onun komandasının cinayətkar üzvləri məhkəmə qarşısına çıxarıla bilər - Deputatdan AÇIQLAMA

“Mən bunu çox müsbət qarşılayıram. Axır ki, “Amnesty International” vicdanının səsinə qulaq asdı və real faktı gördü. Çünki bundan əvvəl də Ermənistan silahlı qüvvələri Gəncədə, Naftalanda, Tərtərdə uşaqları öldürmüşdü, amma onlardan bir səs çıxmırdı. Ancaq birinci dəfə belə bir bəyanatla çıxış etdi, olduqca məqbul haldır”.
Publika.az xəbər verir ki, bu fikirləri deputat Nəsib Məhəməliyev açıqlayıb.
Deputat hesab edir ki, “Amnesty International” və “Human Rights Watch”un Ermənistanın Azərbaycanın Bərdə şəhərinə qadağan olunmuş kasetli bombalı raket atdığını rəsmən təsdiqləməsi Ermənistanın, terror dövlətin başçılarının məhkəmə qarşısında hərbi cinayətə cəlb olunması üçün bir elementdir: “O, gələcəkdə istifadə oluna bilər, ancaq kifayət deyil. Lazımdır ki, bu tipli təşkilatlar Azərbaycana səfər etsinlər və yerində digər anoloji cinayətlərin baş verdiyini sənədləşdirsinlər. Bu sənədləri gələcəkdə Haaqa tribunalının baxış tribunalına çevirə bilərlər. Hesab edirəm ki, artıq bu barədə zaman yetişib. Dünya birliyi Ermənistanın cinayətlərini görür. Hər şey fakt qarşısında acizdir. Biz bu işi davam etdirməliyik və o tipli təşkilatlara daha çox müraciət etməliyik”.
N.Məhəməliyevin fikrincə, beynəlxalq məhkəmədə ikili standartlardan söhbət gedə bilməz: “Çünki bizdə belə bir presendet var. Çıraqovun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın xeyrinə qətnamə çıxarılıb. Hesab edirəm ki, bu işdə də Paşinyan və onun komandasının üzvü olan cinayətkarların məhkəmə qarşısında durmaq perspektivi var və biz bundan istifadə etməliyik. Orada hər hansı bir ikili standart ola bilməz. Məhkəmə öz sözünü deyəcək”.
Şamo Emin

-
Nida Xəbər 13:20
Sülhməramlılar Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaq - Kuznetsov
-
Hadisə12:58
Azyaşlıları pirlərə aparan qadın məsuliyyətə cəlb edildi
-
İdman12:01
Qurban Qurbanov: - Biz meydandan DÖYÜŞSÜZ çıxa bilmərik - VİDEO
-
Nida Xəbər 11:35
Azərbaycan və Əlcəzair XİN başçılarının geniştərkibli görüşü başladı - FOTO/YENİLƏNDİ
-
Hadisə11:26
Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO
-
Dünya11:03
Ölümdən danışan yerdə öldü - VİDEO
-
Nida Xəbər 10:32
Kamran Əliyev: "Vətən müharibəsi dövründə jurnalistlərimiz sübut etdilər ki..." - YENİLƏNDİ
-
Dünya10:23
Stoltenberq: "Ukraynada müharibənin nə vaxt bitəcəyini..."