İlham Əliyev tarixi ədaləti bərpa etdi - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev tarixi ədaləti bərpa etdi - ŞƏRH

“Vətən müharibəsində böyük qələbəmizə çox az qalıb. Bu müharibə dünyaya çox şeyi öyrətdi. Bütün dünya bildi ki, Azərbaycanın güclü siyasi iradəyə malik, zamanında düzgün qərarlar verən, dünya tarixini yaxşı bilən Prezidenti var”.

Bunu Publika.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyev rəhbər etiketini həmişə uca tutan, beynəlxalq siyasi meydanda heç vaxt uduzmayan, ədalətə və reallığa söykənmiş fikirləri ilə dünya mətbuatının gündəminə çevrilmiş və bütün dünya tərəfindən sevilən ölkə rəhbəridir: “Dövlət başçısı Azərbaycanı gələcəkdə də ancaq tərəqqiyə, inkişafa, intibaha və monolit birliyə aparacaq. Azərbaycan xoşbəxt ölkədir ki, torpaqları işğala məruz qaldığı, xalqın torpaq həsrəti çəkdiyi bir dövrdə İlham Əliyev Prezident seçildi. O, prezident seçilməzdən əvvəl xalqa vəd etdiyi bütün məsələləri artıqlaması ilə yerinə yetirib. Ancaq ölkə ərazisinin bərpası məsələsi gündəlikdə qalmışdı ki, o da kökündən və birdəfəlik həll olunur. Azərbaycan Prezidenti son yüz illər ərzində tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı və tarixi ədaləti bərpa etdi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev ədalətli mövqedə olmağımızı, beynəlxalq hüquqa hörmət etdiyimizi, işğala məruz qalmış ölkə olduğumuzu və heç vaxt torpaqlarımızın işğalda qalması ilə razılaşmadığımızı dünya ictimaiyyətinə inandıra bildi: “Ona görə də bu gün Azərbaycanın gördüyü haqq işinə heç kim iradını bildirə bilmir. Ölkəmiz bu gün münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll ediməsinə mandat verilmiş təşkilatın 27 il həll edə bilmədiyi məsələni təkbaşına həll edir. Azərbaycan pozulmuş beynəlxalq hüququn tələblərini bərpa etməklə dünyada münaqişələrin ədalətli həll olunmasına töhfə vermiş oldu. Bu gün Azərbaycan Ordusunun uğurları Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm