Millət vəkili: Bunlar Azərbaycan xalqını qorxutmaq iqtidarında deyil
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: Bunlar Azərbaycan xalqını qorxutmaq iqtidarında deyil

Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, siyasətçiləri, ictimai fəalları ölümlə hədələməsi, təhdid və təhqir etməsi onlara xas olan və gözlənilən xüsusiyyətdir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Əziz Ələkbərli deyib.

O qeyd edib ki, ermənilər bununla heç nəyə nail olmayacaq:

“Döyüş bölgəsində məğlub olan ermənilərin Azərbaycanın yaşayış məntəqələrini, dinc sakinləri hədəfə alması, raket atəşinə tutması, daha çox əhalini qətlə yetirmək təşəbbüsündə olması tarixi xarakterindən xəbər verir. Odur ki, belə bir etnik toplumun, terrorçu millətin və onların diaspor təşkilatının Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istəyən xarici jurnalistləri hədələməsi bizim üçün qeyri-adi məsələ deyil. Bu gün cəbhə bölgəsində məğlub olan və Azərbaycanın haqlı tələbləri qarşısında geri çəkilməyə məcbur olan ermənilər bu cəhdləri ilə heç nəyə nail ola bilməz. Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Azərbaycan Prezidentinin iradəsi ortadadır. Məğlubiyyət dövründə olan ermənilər bütün şantaj üsullarına, hədə-qorxu metodlarına əl atmağa çalışsalar da, nəyəsə nail olmaları mümkün deyil. Bunlar Azərbaycan xalqını qorxutmaq iqtidarında deyil. Tanınmış media orqanlarını təhdid etməklə Ermənistan özü dünyaya bir daha sübut edir ki, terrorçu dövlətdir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm