Bu, Ermənistanın növbəti təxribatıdır - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, Ermənistanın növbəti təxribatıdır - Deputat

“Sentyabrın 27-dən bu günə kimi davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun anti-terror əməliyyatları, zəfər yürüşü davam edir və Azərbaycan Silahlı Qüvvələrinə tab gətirməyən Ermənistan artıq boğulmaqdadır. Bu halda da bir çox məsələlərə əl atır”.

Publika.az xəbər verir ki, bunu deputat Cavid Osmanov Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyevin “Ermənistan münaqişəni dini istiqamətə çəkmək məqsədi daşıyır. Gövhərağa məscidi Azərbaycanın dəyərli tarixi abidəsidir və ona qarşı hər hansı hücumdan söhbət gedə bilməz” açıqlamasına münasibətini ifadə edərkən qeyd edib.

O nəzərə çatdırıb ki, bir aydan çox gedən döyüşlərdə Ermənistanın baş naziri bir çox dünya dövlətlərinin liderlərinə müharibənin saxlanılması ilə bağlı müraciətlər edib: “O cümlədən feyk xəbərlər yayaraq guya ki, Azərbaycan kilsəyə hücum edib və digər məlumatlarla çalışırdı ki, hər zaman üçüncü dövlətləri müharibəyə sövq etsin. Əlbəttə ki, bu da bu istiqamətdə olan Ermənistanın növbəti təxribatıdır. Ümumilikdə döyüşləri burada dini zəminə keçirmək istəyir. Əlbəttə, bu, mümkün olan bir məsələ deyil. İlk növbədə, Azərbaycan tolerant ölkədir. İkincisi, biz bilirik ki, 20% torpaqlarımız 30 ilə yaxındır Ermənistan separatçı rejiminin işğalı altında olub. Burada bütün tarixi abidələrimiz, o cümlədən məscidlərimizi tamamilə vandalcasına, barbarcasına məhv ediblər”.

“Hələ sentyabrın 27-dən əvvəl cənab İlham Əliyev beynəlxalq ictimaiyyətə müraciət edəndə bir neçə dəfə qeyd edib ki, həmin işğal altında saxlanılan torpaqlarımızda donuz da saxlanılır. Biz gördük ki, elə Azərbaycan Ordusunun işğal altından təmizlədiyi ərazilərdə məscidlərin birində hələ də donuzlar var. Bir daha təkrar edirəm ki, Ermənistan məğlub olduqca, rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirmədikcə müxtəlif işlərə əl atırlar. Bu, təbii ki, erməni xislətidir, Ermənistanın çirkin siyasətidir və düşünürəm ki, buna heç kəs inanmayacaq”, - deyə deputat əlavə edib.

C.Osmanovun sözlərinə görə, artıq dünya ictimaiyyəti ermənilərin həm bugünkü hərbi-siyasi rəhbərliyinin, həm də bundan əvvəlkilərin, o cümlədən də Ermənistanın bütün dünyada diaspor cəmiyyətlərinə rəhbərlik edən hər kəsin terrorçu, vandal, barbar olduqlarını bilir: “Ona görə onların bu məkrli, çirkin niyyətləri də istədikləri kimi olmayacaq. Əslində, artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin liderləri Ermənistanı qınayırlar. Dünənə qədər Azərbaycana qarşı qərəzli, ikili standartlarla çıxış edən beynəlxalq təşkilatlar artıq yuxudan ayılıblar, hər şeyi açıq görürlər və Ermənistanı qınamağa başlayıblar”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm