Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması tarixi hadisədir - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının çağırılması tarixi hadisədir - Millət vəkili

Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması tarxi hadisədir. Bu hadisə bir sıra əlamətdar məqamlar baxımdan diqqəti cəlb edir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Millət vəkilinin sözlərinə görə, BMT-nin mövcudluğu dövründə cəmi 31 dəfə xüsusi sessiya çağırılıb: “Üçüncü dəfədir ki, tək bir dövlətin tələbi ilə xüsusi sessiya çağrılır. Bundan əvvəl 1947-ci ildə Böyük Britaniyanın, 1974-cü ildə Əl-Cəzairin tələbi ilə Baş Assambleyanın xüsusi sessiyası çağırılmışdı. Nəhayət, 2020-ci ildə Azərbaycanəın tələbi ilə xüsusi sessiya çağırılır. Hesab edirəm ki, bu, Azərbaycan üçün tarixi bir uğurdur. BMT-nin tarixində Azərbaycan xüsusi sessiyanın çağırılmasını tələb edən bir dövlət kimi qalacaq. Təbii ki, bu, Azərbaycan Respublikasının böyük nüfuzuna, cənab İlham Əliyevin dünya miqyasında böyük hörmətlə qarşılanmasına dəlalət edir. Azərbaycan Prezidenti həmişə etibarlı tərəfdaş olduğunu, bütün münasibətlərdə səmimi və qarşı tərəfin maraqlarını nəzərə aldığını nümayiş etdirib. Bu da bütövlükdə Azərbaycanın dünya dövlətləri arasında olduqca səmərəli əməkdaşlıq sistemləri qurmasına təkan verib.

Azərbaycan dünya üçün çox ciddi sınaq dövrü olan pandemiya ilə bağlı xüsusi sessiyanın çağırılması təşəbbüsü ilə çıxış etməklə həm də nümayiş etdirir ki, qlobal problemlərin həll olunmasında çox yaxından iştirak edir. Məsələyə məhz bu kontekstdə də yanaşmaq lazımdır. Çünki beynəlxalq təhlükəsizliyə hazırkı məqamda ən ciddi təhdidlərdən biri kimi koronavirus pandemiyası nəzərdən keçirilməkdədir. Azərbaycan tək dövlət olaraq koronavirusla mübarizənin müzakirə olunacağı xüsusi bir sessiyanın çağırılmasına nail oldu. Bununla Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında çox ciddi tövfə verdi. Bütün bunlar sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir, Azərbaycan Prezidentinə olan hörmət və etimadı daha da artırır. Təbii ki, düşmən Ermənistan məhz bu səbəblərdən Azərbaycanın təşəbbüsünün dəstəklənməsinə görə çox narahatçılıq keçirir”.

Deputat qeyd edib ki, Ermənistan hətta qlobal koronavirus pandemiyası problemi ilə mübarizə istiqamətində dünya dövlətlərinin səylərini səfərbər edəcək təşəbbüsə qarşı çıxdığını gizlətməyib: “BMT-yə üzv olan dövlətlərdən 130-u Azərbaycan Prezidentinin təşəbbüsünü yaxından dəstəklədi, amma Ermənistan buna qarşı çıxdı. Görünən odur ki, Ermənistan dövləti hətta özlərinin cılız ambisiyaları xatirinə qlobal təhlükəsizlik məsələsində də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistan rəhbərliyi çox gözəl başa düşür ki, Azərbaycan dövlətinin, prezidentinin beynəlxalq aləmdə müsbət imicinin daha da güclənməsi münaqişə vəziyyətində bizim ədalətli mövqelərimizin dəstəklənməsi və qorunması üçün çox real imkanlar yaradır. Ermənistanın narahatçılığının kökünə dayanan məqamlar məhz bununla bağlıdır. Ermənistan həmişə qonşuları ilə düşmən münasibətində olub, ümumiyyətlə, ermənilərin dənizdən dənizə dövlət ideyası regionda yaşayan bütün xalqların, dövlətlərin maraqlarına və təhlükəsizliyinə qarşı yönəlib. Ermənilər təcavüzkarlığı, işağçılıq siyasətini özlərinin davranışlarının əsas elementi kimi müəyyənləşdirib”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm