Deputat siyasi uğurdan danışdı: "Düşmən cəhdlər etsə də..."
Bizi izləyin

Nida Təhlil

Deputat siyasi uğurdan danışdı: "Düşmən cəhdlər etsə də..."

Azərbaycanın Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması çox diqqət çəkən bir faktdır.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni pandemiyaya qarşı müzakirələrə başlamaq üçün səfərbər edib:

“Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzvüdür, Prezidentimiz ona sədrlik edir. COVID-19 pandemiyası ilə əlaqədar olaraq dövlət başçısı QH-nın sədri kimi müraciət etmişdi ki, BMT xüsusi sessiya çağırsın. Onlar da bunu qəbul etdilər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH-nin üzv ölkələri adından irəli sürülən təşəbbüsü əsasında qəbul olunmuş qətnaməyə əsasən, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyası bu ilin 3-4 dekabr tarixləridə keçiriləcək.

İnamla demək olar ki, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Azərbaycan Prezidenti sessiyanın açılışında məruzə ilə çıxış edəcək. Əslində BMT tribunasından Azərbaycan Prezidentinin çıxışı ermənilər üçün ölüm cəzası deməkdir. Ermənistan açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər etsə də, öz məqsədinə nail ola bilmədi. Bu, Azərbaycanın xarici siyasətində çox uğurlu bir addımdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm