Ermənistan Zəngilana bu terror qruplaşmalarını yerləşdirib - DEPUTAT AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Ermənistan Zəngilana bu terror qruplaşmalarını yerləşdirib - DEPUTAT AÇIQLADI

“Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Çünki Cenevrə Konvensiyası işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına icazə vermir. Amma bu, Ermənistan üçün adi bir haldır”.

Publika.az xəbər verir ki, bunu işğaldan azad edilmiş Zəngilan rayonu ərazisinə 60 suriyalı erməninin qanunsuz köçürülməsi ilə bağlı danışan deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan terroru dəstəkləyərək faşizmi özünün dövlət siyasətinin əsas isqaməti kimi qəbul edir: “Ermənistan hər zaman Birləşmiş Millətlər Təşkilatının qətnamələrini, beynəlxalq hüquqi normativ aktları tapdalayıb. Ermənistan beynəlxalq hüquqa daima əks mövqedə dayanan, onu tapdalayan, saymayan bir dövlətdir. Əslində, dövlət də demək olmaz. Bəzi güclərin əlində oyuncaqdır”.

“Zəngilanda qanunsuz məskunlaşmanın aparılması həm də onu göstərir ki, təkcə mülki əhalini yox, eyni zamanda bütün terror qruplarını - ASALA, PKK və bu kimi quldur dəstələrinin hamısını Ermənistana, xüsusilə Qarabağa doldurub və beynəlxalq hüquqa zidd hərəkətlər edirlər”,- deyə deputat əlavə edib.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm