Nida Təhlil
“Terror, vandalizm, barbarlıq Ermənistanda dövlət siyasətidir” - Deputat
“Bəyanatın imzalanmasından sonra müəyyən edilmiş cədvələ uyğun olaraq ermənilərin Kəlbəcərdən çıxmağa başlaması Ali Baş Komandanımız, möhtərəm, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ordumuzun meydanda qazandığı qələbə ilə yanaşı, diplomatik-siyasi sahədə əldə etdiyi qələbələrdən biridir”.
Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
O bildirib ki, artıq Kəlbəcər və digər rayonlarımız hərbi əməliyyatlar aparılmadan, qan tökülmədən məğlub olmuş Ermənistan tərəfindən boşaldılır: “Amma o boşaltmada bir məsələni xüsusi qeyd etmək istəyirəm. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini boşaldırlar, amma gedərkən bütün evləri, inzibati binaları yandırırlar. Bu hərəkət erməni barbarlığının, vandalizminin konkret təzahürüdür".
“Çıxdıqdan sonra meşələrə od vurulması ekologiyaya qarşı törədilən terrordur. Bu hərəkətlər bir daha sübut edir ki, Ermənistanda terror, vandalizim, barbarlıq dövlət siyasətinin tərkib hisssəsidir”, - deyə millət vəkili əlavə edib.
Şamo Emin
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər