Ermənistan kriminal şəxslərin əlində neofaşizm yuvasına çevrilib - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan kriminal şəxslərin əlində neofaşizm yuvasına çevrilib - Politoloq

“2018-ci ilin may ayında Qərb dairələri Ermənistanda baş vermiş dövlət çevrilişini "demokratik inqilab", hakimiyyəti gətirdikləri Nikol Paşinyanı isə "demokratik lider" kimi təqdim etməyə çalışsalar da, bu gün Ermənistanda baş verən hadisələr bir daha onu göstərir ki, ölkədə demokratiyadan heç bir əsər-əlamət qalmayıb”.

Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova belə deyib.

O bildirib ki, Ermənistan əslində kriminal şəxslərin əlində neofaşizm yuvasına çevrilib: “Bu gün Ermənistanda baş verən hadisələr Azərbaycanda olsaydı, Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquqlarını müdafiə edən təşkilat qalmayacaqdı. Buna baxmayaraq, Ermənistanda baş verən son hadisələrə ikili standartlardan çıxış edərək susqunluq nümayiş etdirirlər. Ölkənin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal edilmiş torpaqları geri qaytarmaq tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada, xüsusilə də Qərb mətbuatında həqiqətə uyğun olmayan fikirlər yazılır. Onların əslində kimlikləri, simaları açıq-aşkar ortadadır. Fransa, Kanada kimi ölkələr həqiqətləri görməzdən gələrək, heç bir utanc hissi duymadan hər şeyə əl atırlar ki, Ermənistanı xilas etsinlər. Özlərini demokratik adlandıran bu ölkələr, əslində Bərdədə, Gəncədə, digər rayonlarımızda erməni terrorçularının törətdiyi cinayətlərdən bəhs etməli, onları işıqlandırmalıdırlar. Təəssüf ki, yenə də ikili standartlardan çıxış edərək Ermənistana havadarlıq edirlər”.

Ş.Həsənovanın sözlərinə görə, heç kim unutmayıb ki, Paşinyan hakimiyyətə gəlməsinin hələ 7-ci ayında siyasi məhbus Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada ölmüşdü: “Paşinyanın bu hərəkətinə də Qərb dairələri susmuşdu. Ümumiyyətlə, hakimiyyətdə olduğu müddətdə Paşinyan korrupsiyaya qarşı mübarizə adı altında öz siyasi rəqiblərini təqib etdirib, onları həbsxanaya atdırıb. Aparıcı müxalifət partiyasının sədri deputat Sarukyan bu gün də həbsdədir. Ancaq bu, Qərbi heç də narahat etmir. Beynəlxalq dairələrin onu cəzalandırmaması Paşinyanın cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib. Belə ki, o, Azərbaycana qarşı müharibəyə başladı və mülki dinc sakinlərimizi öldürdü, onların qanuna əli batıb. Ümumiyyətlə, Ermənistanda nəinki hakimiyyəti, hətta bələdiyyələri tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Bu baxımdan da artıq insanlar həqiqəti deməyə qorxurlar. Bu gün regionda yaşanan müharibə və dağıntılara görə yalnız Paşinyan yox, eyni zamanda onu hakimiyyətə gətirən, onun bütün cinayətlərinə, hüquqa zidd davranışlarına göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar. Bir sıra Qərb ölkələri Ermənistanı dəstəkləyən bəyanatlar verməklə öz ölkələrinin hakim dairələrinin simalarını və yürütdükləri siyasətin əsl mahiyyətini ortaya qoyurlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm