Qarabağ RAZILAŞMASI: ABŞ və Fransanı narahat edən 2 NÜANS
Bizi izləyin

Nida Təhlil

Qarabağ RAZILAŞMASI: ABŞ və Fransanı narahat edən 2 NÜANS

Düşünürəm ki, hətta ABŞ və Fransa Azərbaycanın qələbəsini mənimsəmək istərdi.

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov ATƏT-in Minsk Qrupunun amerikalı və fransız həmsədrlərinin dünən Rusiya XİN rəhbəri ilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ və Fransanı narahat edən 2 nüans var: “Birincisi, onlar Rusiyanı sevmir, rəsmi Moskvanın daha az rol oynamasını istəyir. İkincisi, həm ABŞ-da, həm də Fransada müqavilənin Azərbaycanın hərbi qələbəsini siyasi cəhətdən təsdiqləməsini qəbul edə bilməyən çox güclü erməni lobbisi var.

Razılaşmada ABŞ və Fransaya məhəl qoyulmaması və onların kənarda qalması bu iki ölkəni qıcıqlandırdı”.

Politoloq ABŞ və Fransanın Rusiya, Çin, Türkiyə, Braziliya və Hindistan kimi ölkələrin böyümə meylindən narahat olduğunu vurğulayıb: “Bir zamanlar dünyada dominant olan ABŞ və Fransa bu gün daha az əhəmiyyət kəsb etməyə başlayıb. Bəzi ştatlar Baydenin gəlişinə hazır idi, çünki onun kampaniyası böyük erməni dəstəyinə və güclü anti-türk istiqamətə malik idi. Dövlət Departamenti və məmurlar Bayden qarşısında, daha doğrusu, erməni lobbisi qarşısında bir az da xidmət etmək istəyirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm