Bu təşəbbüsün reallaşacağı inandırıcı görünmür - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Bu təşəbbüsün reallaşacağı inandırıcı görünmür - DEPUTAT

“Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma imzalanandan sonra Fransa prosesdən kənarda qaldığına görə zaman-zaman müəyyən pozcu fəaliyyətlərini müşahidə edirik”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib

Fransanın uzun müddət ATƏT-in Minsk qrupunun həmsədri olduğunu xatırladan deputat qeyd edib ki, o, həmin vaxt münaqişənin tənzimlənməsində xüsusi aktivlik nümayiş etdirməyib: “Amma sentyabrın 27-də Azərbaycanın əks-hücumundan sonra Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyinin şahidi oluruq. Bu, Fransa Prezidentinin nümunəsində müşahidə olunub. Bir neçə dəfə Makron cənab Prezidentə zəng edib. Son vaxtlar isə biz bunu Fransanın ermənipərəst senatorlarının yanaşmasında da görürük. Bildiyiniz kimi, Parisin meri də soyqırımla bağlı öz səlahiyyətinə aid olmayan bir təşəbbüslə çıxış edib. Bilirsiniz ki, onun müavini ermənidir. Artıq Senatın ermənipərəst üzvləri də belə bir təşəbbüslə çıxış edirlər”.

Fransanın bu yanaşmasını heç də bütün Fransanın ictimaiyyəti və eləcə də Senat üzvlərinin dəstəkləmədiyini nəzərə çatdıran C.Məmmədov bildirib ki, bu, bir qrup ermənipərəst Senat üzvünün yanaşmasıdır:“Hansı ki, onların Ermənistanla birgə əlaqələri var. Burada ən maraqlı şəxslərdən biri də Fransa prezidenti Makrondur. O da bütün gücü ilə Ermənistana dəstək göstərməyə çalışır. Amma bu təşəbbüs qərəzlidir, ədalətsizdir. Artıq münaqişənin tənzimlənməsi ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan arasında birgə razılaşma var. Eyni zamanda Türkiyə də bu prosesdə çox aktiv şəkildə iştirak edir. Bu təşəbbüsün reallaşacağı inandırıcı görsənmir. Hətta bu, Senatdan keçsə də, münaqişə ilə bağlı artıq tənzimləmə yekunlaşıb. Ona görə bu kimi qətnamələr artıq münaqişənin həllinə təsir göstərməyəcək”.

Azərbaycanın hər zaman Fransa ilə əlaqələrə önəm verdiyini söyləyən C.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda Fransa şirkətləri fəaliyyət göstərir: “Fransa dövlət maraqları baxımından daha çox Azərbaycanla əməkdaşlığla üstünlük verməliydi. Bakıda hətta Fransız məktəbi fəaliyyət göstərir. Amma görünür, növbəti illərdə keçiriləcək seçkilərdən irəli gələn məsələlər var ki, həmin vaxtı ermənilərin səsini toplamaq üçün Fransa prezidenti, eləcə də Senat üzvləri bu kimi addımları atırlar”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm