Nida Təhlil
Əgər Əliyev yox, başqası olsaydı, onda Putin... - Rusiya KİV/VİDEO
Video əlavə olunub.
***
Rusiyanın Yeltsin zamanının sınaqları Putinin gəlişi ilə bitdi. Gürcülər Saakaşvili dövründə nəyisə öyrəndilər. 1990-cı illərin ortalarında azərbaycanlılar öz dərslərini tamamilə mənimsədilər. İndi isə Ermənistan həmin yetkinlik imtahanından keçir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri məqalə dərc edib.
“Otuz il ərzində Ermənistan nəyi əldə edib?
Paşinyan hakimiyyətə yalnız əvvəlki rəhbərliyin əvəzləyicisi kimi deyil, xalq sevimlisi kimi gətirildi. Amma onun xalq sevimlisindən xəyanətkara qədər transformasiyası çox az vaxt sürdü. Heyranlıq nifrətə çevrildi. Paşinyan əslində Qorbaçovu xatırladır, onun da hekayəsi hamıya məlumdur”, - məqalədə vurğulanıb.
Azərbaycanla Ermənistanı bir tərəziyə qoymağın mümkünsüzlüyünü bildirən müəllif yazır ki, şəxsiyyətin miqyasını nəzərə alsaq, İlham Əliyevi digər siyasətçilərlə müqayisə etmək çətindir:
“Bu, əsassız bəyanat deyil. Əminəm ki, o, tarixə dövlət adamı, “Dəmir İlham", türk dünyasının iradəli lideri kimi daxil olacaq. Onun dövründə Azərbaycanın inkişafı dayanmır. Azərbaycanlılar milli dirçəliş yaşayırlar, ölkənin həyat keyfiyyəti əksər aspektlər üzrə SSRİ səviyyəsini xeyli üstələyib və postsovet məkanının fenomeninə çevrilib. Bu, Əliyevlərin demokratiyanın ənənəvi liberal modelinin kökünü kəsməyinin nümunəsidir. Azərbaycanın lideri başqa insan olsaydı, o, həmin uğuru çətin təkrarlaya bilərdi. Ən əsası isə başqası olsa, Vladimir Putin də Bakının tərəfində durmazdı”.
Video: Sevinc Xanqızı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək