Fransa öz tarixinin ən utancverici günlərindən birini yaşayır - RƏY
Bizi izləyin

Nida Təhlil

Fransa öz tarixinin ən utancverici günlərindən birini yaşayır - RƏY

“Fransa münaqişə başlayan ilk gündən ədalətsiz, qərəzli mövqe nümayiş etdirdi, davamlı Ermənistanın haqsız mövqeyini dəstəklədi. Hətta Azərbaycanı və Türkiyəni muzdluları dəvət edərək müharibədə iştirakına şərait yaratdıqları üçün ittihamlar səsləndirdi”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında razılaşma imzalanandan sonra Fransa prosesdən kənarda qaldığını müşahidə etdi və bunun birbaşa günahkarı özüdür: “Fransa ədalətsiz və qərəzli mövqeyi ilə münaqişənin tənzimlənməsində iştirak edə bilməzdi. Çünki tərəf saxlayır. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi ədalətli mövqe nümayiş etdirməlidir. Amma təəssüf ki, biz bu dövlətin haqsız mövqe nümayiş etdirməsinin şahidi olduq. Bu dəfələrlə müşahidə olunmuşdu, biz bunu bir daha növbəti fəaliyyətində müşahidə etdik. Təsəvvür edin, Senatın mütləq əksəriyyəti əsassız və qərəzli fikirlərlə dolu sənədə səs verdi. Arxasınca da Fransa Xarici İşlər Nazirliyi bəyanat verdi. Azərbaycan da buna öz mövqeyini bildirdi. Həm cənab Prezidentin köməkçisi Hikmət Hacıyev, həm də Xarici İşlər Nazirliyi bu məsələyə münasibətini bildirdi. Deyərdim ki, bu gün Fransa öz tarixinin ən utancverici günlərindən birini yaşayır və artıq uzun müddətdir haqsız, ədalətsiz mövqeyini nümayiş etdirməyə davam edir”.

“Azərbaycan Fransanın Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün hansı addımları atacaq, yaxud atmalıdır” sualına C.Məmmədov belə cavab verib: “Bilirsiniz ki, prosesdə ATƏT-in Minsk Qrupu heç bir rol oynamadı. Halbuki bu qurum bu problemin tənzimlənməsi üçün yaradılmışdı. Hazırkı mərhələdə Minsk Qrupunun fəaliyyətinə, xüsusən də Fransanın roluna burada ehtiyac görsənmir. Ona görə ki, Fransa yenə də ədalətsiz və qərəzli mövqe nümayiş etdirir. Rusiyanın vasitəçiliyi, Türkiyənin iştirakı ilə münaqişə tənzimlənir”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm