• USD 1,7000 0,00% EUR 2,0695 0,00%
    • GBP 2,3318 0,00% RUB 0,0230 0,00%

Bəzi senatorlar ermənilərin girovuna çevrilib - Deputat

Bəzi senatorlar ermənilərin girovuna çevrilib - Deputat

“Fransa Senatının qəbul etdiyi qətnamə Azərbaycan üçün kağız parçasından artıq bir şey deyil. Bu, ermənipərəst Fransa senartorlarının məhsuludr. Qətnamənin qəbulu onu göstərdi ki, həmin fransız senatorlar erməni lobbisinin əsirinə çevrilib”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Fransa Senatının qəbul etdiyi qətnamə onların bizə, Türkiyəyə qarşı qərəzli mövqeyinin ifadəsidir: “Amma qəbul olunmuş qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu, heç də Fransa hökumətinin mövqeyini ifadə etmir. Fransa hökuməti özü qondarma “Dağlıq Qarabağ” qurumunu tanımadığını açıqlayıb, Senatın qəbul etdiyi qətnamənin icra olunmayacağı haqqında da ifadə işlədib. Bu, onu göstərir ki, Fransa hökumətinin Azərbaycana qarşı münasibətdə siyasəti əvvəlki kimi qalır və ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşılır. Bu da onu deməyə imkan verir ki, Fransa-Azərbaycan arasındakı, iqtisadi, siyasi və diplomatik əlaqələr öz axarı ilə davam edəcək. Amma bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatına qarşı bəyannamə qəbul edib. Biz öz etirazımızı bildirmişik. Fransa səfirliyinə də nota verilib. Təbii ki, bu siyasi addımların cavabı verilməliydi və biz bunu lazımi səviyyədə verdik. Bu gün isə Fransa-Azərbaycan münasibətləri olduğu kimi qalmqdadır və düşünürəm ki, belə də davam etməlidir. Fransa həm də Minsk qrupunun həmsədrlərindən biridir və hökumət olaraq öz siyasətində yenə də neytrallığı qoruyub saxlayır. Bizim üçün də əsas odur ki, Fransa dövlətinin siyasəti neytral qalsın və bizə qarşı yönəlməsin. Sadəcə olaraq biz Senatının qəbul etdiyi qətnamə ilə fransız senatorların ermənilərin girovuna çevrildiyini əminliklə gördük".

Müzəffər ordumuzun 44 günlük müharibəsinin şanlı qəlbəmizlə nəticələndiyni vurğulayan A.Badamov bildirib ki, biz diplomatik meydanda da baxışları dəyişdik: “Bu da Minsk qrupunun fəaliyyətində dəyişiklik etməsinə gətirib çıxarıb. Çünki Azərbaycan Ordusu öz sözünü deyib, nöqtəni qoyub. Bu gün artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Təbii ki, həmsədr olaraq biz Fransanın kənarlaşdırılmasını istəyirik. Bu, bizim içimizdən gələn hisslərimizdir və çox istəyirdik ki, Türkiyə də həmsədrlərin arasında olsun. Çünki Türkiyə bizə daha əziz, yaxındır. Buna görə də “bir millət, iki dövlət” deyirik. Bu müharibədə qələbənin əldə edilməsində Türkiyənin bizə verdiyi mənəvi-siyasi dəstək bütün xarici təzyiqləri neytrallaşdırdı. Ona görə çox istərdik ki, Türkiyə həmsədrlərdən biri olsun. Amma bu, təkcə bizim istəyimizlə reallaşan məsələ deyil. Əgər bu, reallaşsaydı, çox yaxşı olardı”.

Şamo Emin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR