Artıq xəstəxanalarda yer yoxdur - Professor
Bizi izləyin

Nida Təhlil

Artıq xəstəxanalarda yer yoxdur - Professor

“Yoluxma prosesi xeyli gedib və bunun nəticələri ortadadır. Karantin davranışlarına diqqət etmək lazımdır ki, insanlar maska taxsın, ondan düzgün istifadə etsin. Maska ağız, burnu tam örtməlidir”.

Publika.az xəbər verir ki, bunu ölkədə koronavirusa yoluxmanın kəskin artması ilə bağlı fikirlərini bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib.

Onun sözlərinə görə, maska təyinatına uyğun olmalıdır: “Yəni 2 saatlıq maskanı 5 gün istifadə etmək olmaz. İkinci tərəfdən, fiziki məsafə gözləmək, əlləri dezinfeksiya etmək, xəstə adamların bayıra çıxmamasını təmin etmək üçün geniş təbliğat lazımdır.

Karantin davranışlarına riayət etmək lazımdır. Artıq xəstəliyin qarşısını almaqdan keçib, bu, kollektiv immunitetə doğru gedir. Əhalinin təxminən 70 faizi xəstələnəndə kollektiv immunitet formalaşır. Ondan sonra artıq xəstəlik yavaş-yavaş yoxa çıxır. Başqa variantı yoxdur. Biz artıq buna doğru gedirik. Bunu cilovlamaq mümkün deyil”.

A.Qeybulla qeyd edib ki, artıq xəstəxanalarda yer yoxdur: “Xəstəxanalar nə qədər yer tutacaq ki? Gündə 4 min nəfərdən 10 gündə 40 min nəfər edir, hara yerləşdirsinlər? Mənim tövsiyələrim ondan ibarətdir ki, maarifləndirici tədbirlər, reabilitasiya adekvat getsin, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilsin, əllər dezinfeksiya edilsin, maska geyinilsin və ondan düzgün istifadə edilsin. Bütün bunlar ümumi karantin davranışlarıdır. Bunlara dəqiq əməl olunmalı və üzərində nəzarət olmalıdır”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm