Ordumuzun tarix yazdığı bir vaxtda rüşvət almaq ürəkağrıdıcıdır - RƏY
Bizi izləyin

Nida Təhlil

Ordumuzun tarix yazdığı bir vaxtda rüşvət almaq ürəkağrıdıcıdır - RƏY

“Aylar öncə rüşvətxor məmurların cəzalandırılması prosesinin israrla davam edəcəyini bəyan etmişdim. Bu gün həssas dönəmdə nə qədər ağrılı olsa da, rüşvətxor məmurların həbs olunması qürurvericidir. Belə icra başçısı və məmurlar onlarladır. Ali Baş Komandanın 44 gün ərzində beynəlxalq qurumlarla görüşdüyü, xarici mətbuata müsahibələr verdiyi, ordunu idarə etdiyi və Qarabağın tarixini yazdığı vaxtda belə bir şeyin olması ürəkağrıdıcıdır”.

Bu fikirləri Publika.az-a danışan Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

O bildirib ki, icra başçıları rüşvət almaqda, qul haqqına girməkdə, cənab Prezidentin onlara göstərdiyi etimaddan sui-istifadə edərək nəfsinin girovluğunda qalmaqda israr etdilər: “Xüsusi olaraq, 44 günlük müharibə şəraitində Azərbaycanda törədilə biləcək güclü təxribatların və terror əməllərinin qarşısının alınmasında xalqı panikaya salmadan böyük peşəkarlıq nümayiş etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini biz iman adamları, ölkə vətandaşları, xüsusən də toplumun içərisində olan fikir adamı kimi, ziyalı olaraq nəinki təqdir edirik, onları alqışlayırıq və bu peşəkarlığa görə təşəkkür edirik”.

S.C.Əzimbəyli vurğulayıb ki, DTX heç bir güzəşt tanımadan cənab Prezidentin təlimatlarını uğurla həyata keçirir: “Ordunun, şərəfli şəhidlərimizin, qazilərimizin tarix yazdığı bir vaxtda rüşvət almaq, insanların haqqına təcavüz etmək Azərbaycan dövlətçiliyinə, dini və milli kimliyinə yaraşmayan bir əməldir. DTX bu məsələdə güzəşt tanımır və xalq da bundan qürur duyur. Prosesləri diqqətlə izləyən bir şəxs kimi bilirəm ki, hələ də bu 44 günlük müharibə şəraitində cənab Prezidentin etimadından sui-istifadə edən məmurlar var. İnanıram ki, DTX onların üzərinə gedəcək və həmin şəxslərin zərərsizləşdirilməsi prosesi uğurla nəticələnəcək. Qarabağın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin də ruhları sevinəcək”.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm