• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı baxımından böyük addımdır - Politoloq

Bu, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı baxımından böyük addımdır - Politoloq

“Azərbaycan-Türkiyə əlaqələri inkişaf edən templə davam edir. Türkiyənin haqq savaşımızda mənəvi və siyasi dəstəyi çox böyük önəm kəsb edir. Burada müharibənin siyasi nəticələri kimi Türkiyənin Qafqazdakı proseslərdə iştirakı bir daha təsdiqlənmiş olur. Müştərək monitorinq mərkəzində Rusiya ilə yanaşı Türkiyə sülhməramlıları da iştirak edəcək. Türkiyənin Qarabağ məsələsində, eyni zamanda digər regional məsələlərdə iştirakı sözsüz ki, Azərbaycanın maraqları baxımından böyük üstünlükdür”.

Bu sözləri Publika.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

O bildirib ki, hər iki ölkə arasında pasport rejiminin ləğv edilməsi də gözlənilən bir hal idi: “Üçtərəfli bəyanatın maddələrinə görə, Zəngəzurdan dəhliz keçəcək və bu, Naxçıvanla Azərbaycanı, hə də Türkiyəni birləşdirən bir xətt olacaq. Bu, regionun gələcəyi baxımından böyük bir dividenddir. Çünki Azərbaycan Şərq-Qərb kommunikasiya xətlərinin arasında yerləşir. Bu baxımdan ölkəmizin indiyədək istifadə etdiyi marşrut Gürcüstan üzərindən idi. Buradakı kommunikasiya xətləri müəyyən yük tutumuna malikdir. Buna görə də ona alternativ bir xəttin yaradılması zərurəti meydana çıxırdı. Bu da Azərbaycan-Türkiyə arasında ticari, iqtisadi, turizm sahəsində olan əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”.

S.Zahidov qeyd edib ki, alternativ yolun yaradılması ümumilikdə Şərqlə Qərb arasındakı nəqliyyat dəhlizinin inkişıafı baxımından böyük addım olar: “Çinin məşhur “Ona road, one belt” layihəsi var. Bu layihənin Azərbaycan aktiv iştirakçısı olub və Çinlə qarşılıqlı anlaşma memorandumu imzalanıb. Layihə Avrasiyada Şərqdən Qərbə kommunikasiya xətləri boyunca infrastruktur layihələrinin həyata kçeirilməsini nəzərdə tutur ki, Azərbaycan burada böyük önəm kəsb edir. Çünki Avropa ilə Azərbaycanı birləşdirən ən qısa yol məhz elə ölkəmizdən, daha sonra Gürcüstan üzərindən Türkiyəyə keçir. Alternativ digər bir yolun da yaxın zamanda istifadəyə verilməsi regionun, Azərbaycanın inkişafına gətirib çıxaracaq. Ölkəmizin burada həm öz ticari məhsullarını ixrac etmək potensialı, eyni zamanda tranzit ölkə kimi rolu da artacaq. Bu, Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsi baxımından mühüm addım kimi dəyərləndirilməlidir”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR