Vətən əmanəti, əsgər əmanəti: Mehriban Əliyevadan örnək təşəbbüs...
Bizi izləyin

Nida Təhlil

Vətən əmanəti, əsgər əmanəti: Mehriban Əliyevadan örnək təşəbbüs...

Vətən müharibəsi başa çatdı, ordumuz qalib gəldi, 30 ilə yaxındır davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Lakin Azərbaycan əsgəri Vətənin keşiyində durmağa davam edir. Arxa cəbhədə biz qələbəni qeyd edərkən, əllərində silah, daim xidmətdədirlər.

Məşhur mahnıda deyildiyi kimi: Əsgər, Vətən əmanəti, yurd əmanəti...

Bu Vətəni, bu yurdu əsgərlərizə əmanət etmişik və ordumuz hazırda qış demədən, gecə-gündüz demədən Vətənin keşiyini çəkir.

Vətən keşiyində dayananlar üçün indi ən gözəl hədiyyə arxa cəbhədən gələn dəstək və sevgidir. Unutmamlıyıq, Vətəni əmanət etdiyimiz əsgər də bizim üçün əmanətdir...

Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə olduğu kimi, yenə bütün ölkə üçün nümunəvi addım atdı, onun təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasına başladı.

Dəstək aksiyasının məqsədi həm əsgərlərimizin ehtiyacı olanları təmin etmək, həm də bununla onlara mənəvi güc verməkdir.

Dünən “Bravo” supermarketlər şəbəkəsinin bu humanist təşəbüssə qoşulduğunun şahidi olduq.

Supermarketlər şəbəkəsi Kəlbəcər rayonu, Xocavənd rayonunun Tuğ və Füzuli rayonunun Yuxarı Veysəlli kəndləri, Hadrut qəsəbəsi və Gəncə şəhərində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək, bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində işğaldan azad edilmiş digər ərazilərimizə də səfərlər təşkil ediləcək, hərbi qulluqçularımızın istək və ehtiyacları qarşılanacaq.

Burada diqqətçəkən ilk məqam təşəbbüsün Mehriban xanım Əliyevadan gəlməsidir.

Mehriban xanım Əliyeva bütün ictimai-siyasi fəaliyyəti boyunca Azərbaycan insanının yanında olub, istər arxa cəbhədə, istər ön cəbhədə. Bu aksiya da Mehriban xanım Əliyevanın artıq ənənəyə çevrilən təmannasız işinin növbəti mərhələsidir.

Bu dəstək aksiyasının indiki məqamda olduqca böyük əhəmiyyətə malik olduğu xüsusi qeyd olunmalıdır:

- hərbi qulluqçularımızın şəxsi istək və ehtiyacları təmin olunur;
- bağlamalar birbaşa əsgər və zabitlərimizin özünə çatdırılır;
- birbaşa təmas zamanı hərbi qulluqçularımızın istək və ehtiyacları yerində öyrənilir;
- bununla, həm də ordumuza mənəvi dəstək verilir;


Ən önəmlisi isə əsgər və zabitlərimizə dəstək naminə cəmiyyətdə həmrəyliyin formalaşmasıdır.

Azərbaycan Ordusu bu gün təkcə hərbi arsenalına, peşəkarlığına görə yox, həm də təminatına görə dünya səviyyəsində seçilir. Qüdrətli ordunun təməllərindən biri də məhz təminatıdır. Dövlət ordusunun daim yanındadır. Lakin bəzən hər bir əsgərin şəxsi istəyi, yaxud ehtiyacı ola bilər. Dəstək aksiyasının birinci məqsədi məhz hərbi qulluqçularımızın xidmət etdiyi yerə getmək, onlarla ünsiyyətdə olmaq, istəklərini öz dillərindən dinləmək və təmin etməkdir.

İkinci və ən mühüm məqsədi isə belə bir təşəbbüslə cəmiyyətdə nümunə yaratmaqdır. Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi dəstək aksiyası məhz belə bir nümunə yaratdı.

Həm digər sahibkarlar üçün...

“Bravo” supermarketlər şəbəkəsinin dəstək aksiyasına qoşulması digər qurum və supermarketlər üçün nümunə hesab oluna bilər. Artıq onlardan bununla bağlı gözlənti yaranıb və ümid edirik ki, digər qurumlar və supermarketlər də Birinci vitse-prezidentin bu təşəbüssünə qoşularaq, əsgər və zabitlərimizə zəruri dəstəklərini verəcəklər.

Həm də danışmaqdan başqa heç nəyi bacarmayanlar üçün...

Bu, bir növ nəyi necə etməyin əlifbasıır. Müxalifət nümayəndələrinin adət halını almış fəaliyyəti fonunda bu dəstək aksiyası xüsusilə diqqət çəkir. Onların dövlətin apardığı siyasətə və təşəbbüslərə kölgə salmaqdan başqa peşəsinin olmadığını, əlindən də bundan başqa bir şeyin gəlmədini cəmiyyət yaxşı bilir. Bu aksiya yalnız danışan, ordumuza, xidmətdən olan əsgərə, elə bütün xalqa da yalnız boş söz verən, dəstəyi də, vədi də elə sözdən ibarət olanlar üçün növbəti nümunədir. Yaxşı olardı ki, işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparan hərbiçilərimizə yalnız sözdə yox, əməldə də dəstək versinlər.
Arxa cəbhədə, isti evdə, fiberoptik internetin qarşısında əyləşib klaviatura ilə “dəstək” verməyi hər kəs bacarır, Azərbaycan əsgərinin birbaşa yanına gedənlər, onlarla ünsiyyət qurub, istək və ehtiyaclarını öyrənənlər və təmin edənlərsə göz qabağındadır...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm