Ermənilərin müharibədən danışmaları gülməlidir - Azər Badamov
Bizi izləyin

Nida Təhlil

Ermənilərin müharibədən danışmaları gülməlidir - Azər Badamov

"Ermənilərin səsləndirdiyi revanşist fikirlər populizmdən başqa bir şey deyil. Əgər ermənilər həqiqətən yenidən müharibə etmək fikrinə düşərək ölkəmizə qarşı hərbi əməliyyatlara başlayarlarsa, bu, onların sonu olacaq".

Bunu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, son vaxtlar Ermənistan mediasında siyasətçilərin revanşist fikirlər səsləndirdiyini müşahidə edirik: "Hətta Ermənistan prezidenti Armen Sarkisyan bir qrup müxalifətçi və siyasi fəalla görüşündə müharibədə məğlub olduqlarını etiraf etməklə yanaşı, bunun son olmadığını və yeni müharibəyə hazırlaşmağın vacibliyini deyib. O, Ermənistan ordusunun süni intellektlə idarə olunan silahlarla silahlanmağının vacibliyini qeyd edir. Düşünürəm ki, Sarkisyanın bu revanşist fikirləri daxili auditoriyanın sakitləşdirilməsinə hesablanıb. Erməni hakimiyyəti ölkə daxilində yaranmış siyasi etiraz dalğalarını yatırmaq üçün müxtəlif yollara əl atdı. Gördülər ki, atdıqları addımlar küçələrdəki etiraz dalğalarını sakitləşdirmir. Ona görə də insanların həssas nöqtəsindən yapışaraq yenidən müharibəyə hazırlaşdıqlarını bəyan etməklə hökumətə qarşı etirazları sakitləşdirmək fikrinə düşüblər. Bu, heç də belə deyil. Çünki 44 günlük müharibədə Silahlı Qüvvələrimiz Ermənistan ordusunu darmadağın etdi. Ölən əsgərlərin sayının 10 minlərlə olduğunu qeyd edirlər. Bununla yanaşı, yaralanmış və əlil olmuş əsgərlərin sayı 3-4 dəfə çox olub. 1,5 milyonluq əhalisi olan Ermənistanın hərbə yararlı gənc nəsli demək olar ki, məhv edilib və yararsız hala salınıb".

A.Badamov qeyd edib ki, Ermənistanın yaxın 15-20 ildə Azərbaycan Ordusu ilə yenidən müharibə aparmağı canlı qüvvəsi baxımından mümkünsüzdür: "İkincisi isə ordusunu müasir intellektli silahlarla silahlandırmağına Ermənistanın iqtisadi gücü yoxdur. Bu gün Ermənistanın dövlət büdcəsindən müdafiə xərclərinə cəmi 500 milyon dollar ayrılırsa, bu vəsait hərbinin cari xərclərinin ancaq qarşılanmasına güclə bəs olar. Bilirik ki, müasir silahların dəyəri çox bahadır. Ermənistanın dövlət büdcəsi ilə yaxın 10 illiklərdə belə silahların alınması ermənilər üçün yuxudan başqa bir şey deyil".

Deputatın sözlərinə görə, Azərbaycan Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq, müdafiə xərclərini bu il də 500 milyon artırıb: "Bu gün dövlət büdcəmizdə müdafiə xərcləri 2,7 milyard dollardır. 500 milyon dollar müdafiə büdcəsi olan Ermənistan 2,7 milyard dollar müdafiə büdcəsi olan Azərbaycanla heç vaxt yenidən müharibə apara bilməz. Həm də Azərbaycanın əhalisi 10 milyonu keçib. Bu baxımdan da ordumuzda xidmət etmək üçün kifayət qədər gənclərimiz var. Belə bir müqayisə reallıq olduğu halda ermənilərin yenidən müharibədən danışmaları gülməli gəlir. Qələbə əldə etməyimizə baxmayaraq, sakitləşib oturmamışıq. Ordumuz üçün daha müasir silahlar alınır. Hərbçilərimizin peşəkarlığı davamlı olaraq artırılır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.

44 günlük müharibədə tətbiq etdiyimiz hərbi taktikaya görə ordumuz bəlkə də dünyanın 5 ordusu arasındadır. Belə olan halda deyə bilərəm ki, ermənilərin səsləndirdiyi revanşist fikirlər populizmdən başqa bir şey deyil. Əgər ermənilər həqiqətən yenidən müharibə etmək fikrinə düşərək ölkəmizə qarşı hərbi əməliyyatlara başlayarlarsa, bu, onların sonu olacaq. Yenidən müharibə başlayarsa, bütün məsuliyyət Ermənistanın üzərində olacaq və Azərbaycan əsgəri üçrəngli bayrağımızı İrəvanın üzərində dalğalandıracaq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm