Putinin ermənilərə Qarabağda verdiyi DƏRS - Müharibənin əsl qalibləri...
Bizi izləyin

Nida Təhlil

Putinin ermənilərə Qarabağda verdiyi DƏRS - Müharibənin əsl qalibləri...

2020-ci ilin ən əhəmiyyətli hadisəsi, şübhəsiz, Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək əməliyyatıdır. Azərbaycanın 44 gün davam edən əməliyyatla Ermənistanı ərazilərindən çıxardığı II Qarabağ müharibəsi sadəcə iki ölkə arasında yaşanan savaş deyil, həm də Cənubi Qafqazın yeni geosiyasi vəziyyətini dəyişdirən amil oldu. Beləliklə, regionun dünəni ilə sabahı arasında köklü dəyişiklik yaşandı. Qafqazdakı regional güc dəyişikliyi və yeni geosiyasi reallıq qlobal və regional qüvvələr tərəfindən qəbul edilmiş oldu. Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana tərif dolu sözləri bu reallığın altından xətt çəkdi.

Publika.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Saslanbek İsayev qələmə alıb.

Onun sözlərinə görə, Putin-Ərdoğan xəttində qarşılıqlı nəzakət ifadələri liderlər arasında müəyyənləşdirilən qaydalar çərçivəsində rəqabətin davam edəcəyinin göstəricisidir. Astana ilə başlayan, Liviya və Qafqazla davam edən Rusiya-Türkiyə əməkdaşlığı bu bölgələrdə digər qlobal və regional aktorların effektivliyini azaltdı, geosiyasi tortun ilk dilimini xeyli böyütdü.

Jurnalist qeyd edib ki, Dağlıq Qarabağda ATƏT-in Minsk qrupunun masasının çevrildiyini anlayan Fransa və ABŞ-ın reaksiyalarını göstərməsinə fürsət tanımadan Rusiya və Türkiyənin bu masanı yenidən qurması bu iki dövlətin iradəsi ilə bölgədə daimi sabitliyin yaradılacağına ümidləri artırır.

Onun sözlərinə görə, şübhəsiz ki, Qarabağ müharibəsinin qalibi Azərbaycan oldu: “İşğal altındakı 7 rayonu və mənəvi dəyəri yüksək olan Şuşanı azad edən Azərbaycan həm 30 illik sürgünə son verdi, həm də mənəvi zərərləri aradan qaldırdı. Azərbaycan Cənubi Qafqazda iqtisadi, hərbi və siyasi baxımdan ən güclü dövlət olduğunu isbatladı. Bu güc nümayişi bölgə dövlətlərinə və qlobal güclərə həm Azərbaycan, həm də Türkiyə ilə bağlı atılacaq addımların dağıdıcı nəticələrini göstərmiş oldu. Rəsmi Bakı regional oyunçu kimi bərabərlər klubunun tamhüquqlu üzvü oldu”.

S.İsayevin fikrincə, Rusiya Cənubi Qafqaz üçün Qərblə girdiyi münaqişədə bölgəni tamamilə itirmək üzrə ikən regional mövcudluğunu daha da gücləndirib: “Bu da Rusiyanın Qarabağdakı qazancıdır. Bu qazancı isə Rusiya Türkiyə ilə paylaşdı. Putin həm də ermənilərə qərbləşmənin necə ağır cavabının olacağını göstərdi.

Qarabağ müharibəsinin digər qazananının Türkiyə olduğu mübahisəsiz gerçəklikdir. Türkiyənin PUA döyüş taktikası bir daha təsdiqini tapdı. Türkiyənin müdafiə sənayesindəki qlobal bazarda bundan daha effektiv təqdimatı ola bilməzdi. Avrasiyada çəkisini artıran qardaş ölkə artıq sadəcə NATO daxilində Qərbə bağlı qüvvə deyil, qlobal miqyasda müstəqil aktor olaraq tanınmağa başladı”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm