• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

Dünyaya demokratiya dərsi keçən ABŞ-ın... - Politoloq

Dünyaya demokratiya dərsi keçən ABŞ-ın... - Politoloq

“ABŞ-dakı dünənki xaosun kökü noyabr seçkilərinə gedib çıxır. O zaman Co Bayden 306 seçici səsini toplayaraq qalib elan olundu. Donald Tramp isə məğlub olduğunu etiraf etmədi və bu günə qədər də seçkilərin saxtalaşdırıldığını söyləyir. Trampın əsas iddiaları ondan ibarətdir ki, bir neçə şatatda seçki nəticələri saxtadır və yenidən sayılma olmalıdır. Lakin məhkəmə Trampın iddialarını təmin etmədi. O isə yenə də buna baxamayaraq öz idedialarından əl çəkmədi və ən son olaraq da xalqı ABŞ Konqresinin binasına çağıraraq onu dəstəkləmələrini istədi”.

Bu sözləri Publika.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

O bildirib ki, ABŞ-dakı seçki proseduruna əsasən, prezident seçiləndən sonra nəticələr Konqres tərəfindən təsdiqlənməli olsa da, dünənki hadisələrə görə bu proses baş tutmayıb: “Dünənki hadisələr və Tramp tərəfdarlarının Konqres binasına daxil olması ABŞ tarixində görülməmiş bir hadisə idi. Ölkə tarixində belə bir hal indiyədək olmamışdı. Həmin prosedur dünən dayandırıldı, ancaq tam olaraq mane ola bilmədilər. Bu proses bu gün baş tutdu və Co Baydenin qalib olduğunu ABŞ Konqresi rəsmi olaraq təsdiqləmiş oldu. Burada Konqresə olan basqın, 4 nəfərin ölüm xəbəri, iğtişaşlar dünyaya demokratiya dərsi keçən ABŞ-ın özünün demokratik sistemində müəyyən boşluqların olduğunu göstərir. Çünki hücum hər hansısa bir başqa yerdə yox, məhz ABŞ demokratiyasının simvolu sayılan Konqresdə oldu. Dünyada ilk dəfə olaraq hakimiyyətin üç yerə bölünməsi faktiki olaraq ABŞ-da tətbiq edilib. Qanunverici hakimiyyət də orada Konqres idi”.

S.Zahidov qeyd edib ki, Konqresdə baş verən iğtişaş dövlətin daxilində olan böhranın göstəricisi olmaqdan əlavə, eyni zamanda demokratik bir böhranın baş verməsini göstərmiş oldu: “Artıq Tramp özü də qeyd etdi ki, hər hansı problem olmadan, sivil qaydada hakimiyyəti təhvil verəcək. O, anlayır ki, başqa yolu qalmayıb. Birmənalı şəkildə qeyd edilməlidir ki, dünənki hadisələr və ümumilikdə seçkilər ABŞ tarixinə heç də yaxşı və əlamətdar şəkildə daxil olmayacaq. Gələcək nəsillər də həmin günü yadda saxlayacaqlar. Çünki bu tarix ABŞ demokratiyasının böhran içində olmasının göstəricisidir. Mənzərə onu göstərir ki, demokratiya carçısı sayılan dövlətin demokratik sistemində böyük boşluqlar var və yəqin ki, yeni rəhbərliyin növbəti vəzifələrindən biri bu boşluqları doldurmaq olacaq”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR