Bu materiallar vasitəsilə dünyaya təqdim etməliyik ki, ermənilər... - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu materiallar vasitəsilə dünyaya təqdim etməliyik ki, ermənilər... - Deputat

“Hazırda qarşıda duran vəzifələrdən biri erməni faşizminin baş qaldırmasına imkan verməmək, o cümlədən dağıdılmış ərazilər haqqında məlumatı dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bu barədə dövlət başçısı 6 yanvarda keçirilən müşavirədə qeyd etdi. Bu günə qədər ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim etməyə çalışıblar. Onlar özlərini soyqırıma məruz qalan xalq kimi göstərirdi. Ancaq son proseslərdə Ermənistanın maskası cırıldı”.

Bu sözləri Publilka.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, görünən ondan ibarətdir ki, əslində həqiqi zülm olunan Azərbaycan xalqıdır, ermənilər vəhşi və barbardırlar: “Biz bunun nümunəsini işğaldan azad olunan ərazilərimizdə gördük. Hər azad olunan rayonumuzda orta hesabla 90-100 kənd var. Bu kəndlərin, eləcə də rayon mərkəzlərinin hamısı ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu gün artıq bununla bağlı Azərbaycan tərəfindən komissiya işləyir, eləcə də xaricdən də komissiyalar gələcək. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri ilk növbədə bu vəhşiliklərin sənədləşdirilməsidir. Yəni bu yerlərdə video, foto çəkilişin aparılması və xaricdə təbliğidir. Hazırda Azərbaycan hökuməti bunu edir. Ermənilər xaricdə yalançı təbliğat aparırlar ki, Azərbaycan guya onlara qarşı soyqırımı törədib, nələrinisə dağıdıb və nədənsə narahatdırlar. Ancaq biz bu materiallar vasitəsilə dünyaya təqdim etməliyik ki, vəhşi elə onların özləridir”.

C.Məmmədov qeyd edib ki, ermənilər işğal altında saxladıqları ərazilərimizi, yaşayış yerlərini, məktəb, bağça, kitabxana və digər infrastruktur obyektlərini, ibadət məkanlarını dağıdıblar: “O baxımdan bu istiqamətdə təbliğat güclü şəkildə aparılmalıdır. Bu, həm Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə, həm də xaricdə yaşayan soydaşlarımız vasitəsilə çox ciddi və geniş şəkildə aparılmalıdır. Dünya birliyi Ermənistanın vəhşiliyi ilə daha yaxından tanış olmalıdır ki, artıq onların bu yalan təbliğatının qarşısı alınsın. Eyni zamanda sosial şəbəkələr vasitəsilə, ayrı-ayrı dillərdə, həmçinin videolar və sənədli filmlərlə, fotolarla biz bunu dünya ictimaiyyətinə təqdim etməliyik ki, birdəfəlik olaraq erməni yalanlarının qarşısı qətiyyətlə və tamamilə alınsın, onlar tam ifşa olunsunlar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm