• USD 1,7000 0,00% EUR 2,0562 +0,22%
    • GBP 2,3125 +0,30% RUB 0,0230 -0,43%

Ərdoğandan KRİTİK AÇIQLAMA: Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ... - VİDEO

Ərdoğandan KRİTİK AÇIQLAMA: Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ...

Video əlavə olunub.

xxx

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi Türkiyə Prezident Administrasiyasına istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

"Türkiyə Prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır. Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək", - deyə Ərdoğan bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR