Artıq Ermənistanda onların dövrü sona yetib və... - Politoloq
Bizi izləyin

Nida Təhlil

Artıq Ermənistanda onların dövrü sona yetib və... - Politoloq

“Sarkisyan-Köçəryan klanı hazırda Ermənistanda elə də populyar deyil və demək olar ki, onların dövrü sona yetdi. Ermənistan cəmiyyətində indi yeni qüvvələr meydana gəlir”.

Bu sözləri Publika.az-a danışan politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqov qeyd edib ki, yeni meydana gələn qüvvələr hazırda Nikol Paşinyana qarşı müxtəlif istiqamətlərdə güclü şəkildə çıxışlar edirlər: “Bu qüvvələr onu günahlandırır, istefa tələbi ilə küçələrə çıxırlar. İndi digər reallıq da ondan ibarətdir ki, Ermənistanda ilkin etiraz dalğası müəyyən dərəcədə bir qədər səngiyir. Bu səngimə onunla əlaqədardır ki, görünür hazırda Paşinyana xaricdən müəyyən dəstəklər var.

İndiki halda Rusiya çox istərdi ki, imzalanan bütün sənədləri Paşinyan icra etsin. Çünki məsuliyyət daşıyan hazırkı baş nazirdir. Eyni zamanda, hazırda Ermənistanda hakimiyyətə yeni loyal namizəd axtarışı prosesi gedir. Çünki hakimiyyətə yeni gələcək baş nazir həm ölkədə müəyyən qədər etimad qazanan bir şəxs olmalı, həm də onu xaricdən dəstəkləyən qüvvələrə zidd hərəkət etməyən siyasətçi olmalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm