• USD 1,7000 0,00% EUR 2,0484 -0,31%
    • GBP 2,3696 -0,17% RUB 0,0230 0,00%

20 Yanvar Azərbaycanın şərəf tarixidir - Deputat

20 Yanvar Azərbaycanın şərəf tarixidir - Deputat

20 Yanvar Azərbaycanın şərəf tarixidir. Azərbaycan xalqının qürurlu günlərindən biridir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, 20 Yanvarda SSRİ rəhbərliyi Azərbaycanın milli qürurunu sındırmaq istəsə də, xalqımız bu imtahandan uğurla çıxdı.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. O bildirib ki, “Qara Yanvar” faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdanıb:

“Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfərsə qanunsuz həbs olundu. Bu gün o şəhidlərimizin ruhu şaddır, qanları yerdə qalmadı.

O zaman Dağlıq Qarabağda baş qaldırmış erməni separatçılarının əleyhinə olaraq ayağa qalxan milyonlarla insan Moskvanın mərkəzi hakimiyyətinin göstərdiyi ədalətsiz münasibətin əleyhinə çıxış etdi. Dünya ilk dəfə olaraq Azərbaycan adlı bir dövlətin varlığını hiss etdi. Hesab edirəm ki, SSRİ adlı məkanın dağılmasının səbəblərindən biri də Azərbaycan xalqının apardığı ümumxalq mübarizəsidir. Sonralar da Dağlıq Qarabağ ətrafında gedən proseslərdə xalqımız böyük sınaqlardan keçdi. Baxmayaraq ki, torpaqlarımız erməni faşistləri tərəfindən işğal olundu, ancaq Azərbaycan xalqı səbir və təmkinlə öz müstəqil dövlətini qurdu. Cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımız 30 illik mübarizədən sonra işğaldan azad olundu. Təbii ki, şəhidlərimizin qanı əbəs yerə axıdılmadı. Hesab edirəm ki, Azərbaycan xalqının şərəfli və şanlı səhifələrindən biri də 20 Yanvar tariximizdir. Xalqımız tarixi proseslərdən düzgün nəticə çıxarır, Allah bütün şəhidlərimizə rəhmət etsin!”

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR