20 Yanvar milli qürur və birlik günümüzdür – Yevdayev
Bizi izləyin

Nida Təhlil

20 Yanvar milli qürur və birlik günümüzdür – Yevdayev

“Allah-Təala cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölmürlər. Ona görə ölmürlər ki, onların həyatı torpaq həyatı kimi sonsuzdur. Torpaq uğrunda canından keçənlər o zaman şəhidlik zirvəsinə ucalırlar ki, onlar ölümün gözünə dik baxa bilirlər. Bugünkü Ümumxalq Hüzn Günündə Azərbaycan xalqına səbr diləyirəm”.

Bunu Publika.az-a açıqlamasında Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib.

İcma sədrinin sözlərinə görə, eyni zamanda, 20 Yanvar milli qürur və birlik günümüzdür: “Digər tərəfdən, yasla toy həmişə birgədir. Elə bu nöqteyi-nəzərdən 44 günlük müharibədə qazanılan böyük qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə nəinki Ermənistan ordusu üzərində qazanılmış zəfərdir, həm də məğrurluq və qürur qələbəsidir. Namus, qeyrət qələbəsi kimi səciyyələndirirəm. Bu elə bir möhtəşəm qələbədir ki, Azərbaycan xalqı post-sovet məkanında yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü təmin edə bildi. 44 günlük müharibə dövründə bütün cəbhə bölgələrində olmuşam. Orada məni heyran edən xalq ilə dövlətin birliyi idi. Eyni zamanda, xalq ilə ordu arasında məftunedici birliyi gördüm. Ordu ilə Ali Baş Komandanın birliyi dəmir yumruğa dönmüşdü. Elə buna görə də uzun əsrlər keçsə də, Azərbaycan xalqı məğrur, dik gəzəcək. Biz keçmişimizi öyrənərək sabahımıza fəxrlə baxacağıq. Hesab edirəm ki, 20 Yanvar hadisələri hüzn günü olmaqla bərabər, həm də qürurlu tariximizdir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm