Paşinyan məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur - RƏY
Bizi izləyin

Nida Təhlil

Paşinyan məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur - RƏY

“Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 20-də parlamentdə etdiyi çıxışında və müxalifətdən olan deputatların suallarını cavablarında bır sıra məqamlara toxundu. Birincisi, dedi ki, müxalifətlə erkən parlament seçkisinin tarixini müzakirə etməyə hazırdır. Paşinyan müxalifətə səslənərək bildirdi ki, “məni istəmirsinizsə, seçki keçirək, ən layiqlini baş nazir seçək”. O, seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib”.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib:

“Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətin zəif damarından basır.

İkincisi, Paşinyan Dağlıq Qarabağ mövzusunda dedi ki, Minsk qrupu çərçivəsində status danışıqlarına başlanılmasının tərəfdarıdır. Baş nazir Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun da onun kimi düşündüyünü bildirdi.

Üçüncüsü, Paşinyan yenidən əsirlər mövzusuna toxunaraq bildirdi ki, bu mövzunun daima gündəmdə olması Ermənistanın maraqlarına ziddir. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu, alınmır və bu mövzunun daima müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə, baş nazir ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parçalayır.

Dördüncüsü, Paşinyan dedi ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlıların varlığını müsbət qiymətləndirir. Digər tərəfdən, rusiyalı hərbçilərin Dağlıq Qarabağda olmaları “Arsax” üçün əlavə təhlükəsizlik amilidir.

Beləliklə, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa cəhd edir. O, parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərməyə çalışır. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm