Nida Təhlil
Azərbaycan gəncliyi milli çağırışların öhdəsindən layiqincə gəldi – Deputat
“20 Yanvar hadisələri Azərbaycan xalqının tarixi və milli yaddaşının təntənəsi idi. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik idealları uğrunda öz canlarını fəda edən şəhidlərimizin sovet imperiyası tərəfindən cəzalandırılması hadisəsidir. Eyni zamanda, 20 Yanvar qırğınının törədilməsi ondan sonrakı mərhələdə başlayacaq və 30 il davam edəcək bir müharibədə sovet imperiyasının, imperialist mərkəzlərin, dünya erməniçiliyinin Azərbaycan xalqının iradəsini, əzmini qırmaq cəhdləri idi. Ancaq tarix göstərdi ki, onlar öz düşüncələrində yanıldılar”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputatın fikrincə, Azərbaycan xalqı 30 il müddətində azadlıq, müstəqillik, Qarabağ, ərazi bütövlüyümüz uğrunda ilk şəhidlərini unutmadı, unutdurmadı:
“Onları ürəyində, ruhunda, tarixi və milli yaddaşında yaşatdı. Ən mühümü isə yeni yetişən gənc nəslə ötürməyi bacardı. Bu, əslində milli yaddaş tariximizdə varisliyin qorunmasıdır. Eyni zamanda, davamlılığın, ardıcıllığın və məqsədyönlülüyün qorunması kimi qiymətləndirilməlidir. Bu, bir millət üçün çox mühüm keyfiyyətdir. Əgər biz o hadisələri, məqsədlərimizi və amallarımızı unutsaydıq, bəlkə də bu gün Qarabağ savaşında tarixi qələbəmizi əldə edə bilməzdik. Düşünürəm ki, bunun üçün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətə borcluyuq”.
Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin son 17 ildəki idarəçiliyi altında tamamilə yeni vətənpərvərlik ruhu əsasında Azərbaycan gəncliyi formalaşıb:
“Məhz dünən 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər xiyabanını ziyarət edərkən həmin gəncliyi orada gördük. Biz bu gəncliyi 44 gün davam edən müharibədə döyüş meydanında müşahidə etdik. Bu o deməkdir ki, Azərbaycan xalqı, onun milli yaddaşı bütövdür, tamdır. Nəinki 30 ildə, hətta 1805-ci ildən bu günə qədər davam edən imperialist münasibəti unutmayıb. Onlar arasında əlaqə qurmağı bacarıb. Onlardan gələn vəzifələri milli çağırış kimi qəbul edib. Ən əsası, öz əzmkarlığı, prinsipiallığı, cəsarəti ilə həmin milli çağırışların öhdəsindən gəlib. Bu kontekstdə ən böyük hadisə isə ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bu məsələdə də həmin gəncliyin çox böyük tarixi rolu var”.
Tural Turan
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO



























