Zərifin Bakı səfərinin müzakirə mövzusu bu idi – Deputat
Bizi izləyin

Nida Təhlil

Zərifin Bakı səfərinin müzakirə mövzusu bu idi – Deputat

“Azərbaycan hər zaman bütün qonşuları ilə əməkdaşlıq siyasətində maraqlıdır. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərində Bakının yeni təklif etdiyi platformada Tehranla əməkdaşlığı və ölkəmizin bölgədə həyata keçirdiyi siyasətdə iştirakı müzakirə mövzusu olub”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Bakı səfərini şərh edərkən deyib. Millət vəkilinin fikrincə, bu istiqamətdə Azərbaycanın maraqları ondan ibarətdir ki, bütün qonşular, regionda olan ölkələr sabitlik və sülh istiqamətində əməkdaşlıqda iştirak etsinlər:

“Əsas mövzu ondan ibarətdir ki, İran da bu prosesdə iştirak etmək istəyir. Bilirsiniz ki, Azərbaycan Ermənistanın qonşulara qarşı ərazi iddialarını bir kənara qoymasında çox maraqlıdır. Yəni, bölgədə təhükəli yox, normal bir ölkəyə çevrilsin. Azərbaycan istəyir ki, bölgədə müvafiq strateji layihələrdə iştirak edən hər bir ölkənin maraqları təmin olunsun. Eyni zamanda, gedən proseslərdə öz maraqlarını qorusun. Azərbaycan bölgədə sülhün və stabilliyin qorunmasında maraqlıdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm